Təhsil İnstitutu metodist hazırlığı üçün müsabiqə elan edir

Fransa Beynəlxalq Diplomatik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans keçirilib
Kökü dərində olan xan çinar yenidən qol-budaq atıb
İlham Əliyev Laçının Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib

Təhsil İnstitutu ümumi təhsil müəssisələrində müasir metodik xidmətin təşkili ilə əlaqədar 2026-2027-ci tədris ili üzrə metodist hazırlığı üçün müsabiqə elan edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün Bakı şəhəri və ölkənin müxtəlif regionlarından ümumtəhsil müəssisələrində məktəbdaxili metodist kimi fəaliyyət göstərmək istəyən Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ibtidai sinif, ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat, biologiya, kimya, fizika, informatika, təsviri incəsənət, texnologiya, musiqi və tarix fənlərinin müəllimləri dəvət olunurlar.

Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:

– Pedaqoji təhsil:

– Ən azı 5 illik pedaqoji təcrübə;

– Sertifikasiya balı: 51-dən yuxarı (bu bənd sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərə aiddir);

– İKT bacarıqları;

– Xarici dil üzrə bilik və bacarıqlar (arzuolunandır).

Qeydiyyatdan keçən və tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb ediləcəklər.

Qeyd edək ki, sertifikasiya imtahanına cəlb olunmamış, lakin müsahibə mərhələsindən uğurla keçmiş müəllimlərin təlimlərə cəlb olunması onların sertifikasiya balından (51-dən yuxarı bal) asılı olaraq müəyyən ediləcək.

Qeydiyyat martın 1-dək davam edəcək.

AZƏRTAC