Tarix və mədəniyyət abidələrinin qorunması tələblərinin pozulmasına görə cərimələr kəskin artırılır

Prezident İlham Əliyev: “Bu gün mən burada olmalı idim, Müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi”
Ölkədə vaksinasiya olunanların sayı 3 milyonu ötüb
Baş Prokurorluq, DİN və DTX Elmar Vəliyevə sui-qəsdlə bağlı birgə məlumat yayıb

Tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə cərimələr kəskin artırılır.

“Report”un məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə yer alıb.

Təklifə əsasən, tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə fiziki şəxslər 700 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 3000 manat məbləğində cərimə ediləcək.

Bundan əvvəl isə adıçəkilən qanun pozuntularına görə, xəbərdarlıq edilir və ya fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 250 manatdan 300 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilirdi.

Report