XIX əsrə aid Qarabəy karvansarayının fasadındakı reklamlar sökülüb

Azərbaycanla BMT arasında WUF13-lə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə saziş təsdiqlənib
Azərbaycanda yeni medal təsis edilib
Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı tərəfindən tanınıb

Ağdaş rayonunda yerləşən XIX əsrə aid Qarabəy karvansarayının fasadındakı reklamlar sökülüb.

Bu barədə “Report”a Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.

Bildirilib ki, yerli əhəmiyyətli memarlıq abidəsinin fasadında yerləşdirilmiş texniki tələblərə uyğun olmayan, estetik görünüşü pozan ümumilikdə 27 sahibkarlıq subyektinə məxsus 57 reklam daşıyıcısı demontaj edilib.

Eyni zamanda qeyd olunub ki, ADRA karvansarayın 3D bərpa modeli və yeni reklam yerləşdirmə konsepsiyasını hazırlayıb.

Bundan başqa, ADRA tarixi karvansarayın fasadındakı reklam daşıyıcılarının vahid üsluba uyğunlaşdırılması ilə bağlı layihəsini də digər aidiyyəti qurumlara təqdim edib.

Report