TDT ölkələri Yaşıl Enerji Dəhlizinin inkişafına dəstək ifadə ediblər

İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər
Ermənilərin kütləvi surətdə Osmanlıdan və İrandan Şimali Azərbaycana köçürülməsi
Bələdiyyə seçkiləri: Saat 17.00-a olan seçici fəallığı açıqlanıb

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri “yaşıl enerji” layihələrinin inkişafında əldə edilmiş irəliləyişi alqışlayıblar.

“Report” xəbər verir ki, bu barədə TDT hökumət başçılarının bu gün Bakıda keçirilən ikinci iclasının yekunlarına dair birgə bəyanatda bildirilib.

Sənəddə regional enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və enerji marşrutlarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyi qeyd olunub.

“Görüş iştirakçıları neft, qaz və digər karbohidrogenlərin nəqli üzrə mövcud infrastrukturun səmərəli istifadəsini və genişləndirilməsini dəstəkləyiblər. Bununla yanaşı, hökumət başçıları “yaşıl enerji” layihələrinin inkişafı və ötürülməsi sahəsində əldə edilmiş irəliləyişi alqışlayır və Yaşıl Enerji Dəhlizinin inkişafına qətiyyətli dəstəklərini ifadə edirlər”, – bəyanatda diqqətə çatdırılıb.

Bəyanatda həmçinin kritik vacib faydalı qazıntıların iştirakçı ölkələrin enerji təhlükəsizliyi üçün əhəmiyyəti və bu sahədə əməkdaşlığın vacibliyi vurğulanıb.

“Ölkələr enerji səmərəliliyinin artırılması və qabaqcıl təcrübə mübadiləsi üzrə tədbirlərin təşviqini, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsini dəstəkləyirlər”, – sənəddə qeyd olunub.

Report