Türk Şurası bundan sonra Türk Dövlətləri Təşkilatı adlandırılacaq

Prezidentlər İlham Əliyev və Aleksandar Vuçiç hərbi texnika və avadanlıqlara baxıblar
Türkiyə Parlamenti Qazaxıstanda sabitlik və normal həyatın təmin edilməsini dəstəkləyən açıqlama yayıb
İƏT çərçivəsində Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası yaradılıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası – Türk Şurası bundan sonra Türk Dövlətləri Təşkilatı adlandırılacaq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirlərinin VIII Zirvə Toplantısında çıxışı zamanı bildirib.

O deyib: “Ata yurdumuz Asiyanın dünya siyasətində önəmi artmaqdadır. Sabahkı Zirvə görüşündə dövlət başçılarımız mühüm qərarlar qəbul edəcəklər. İlk növbədə, bu il qardaş Türkmənistanın müşahidəçi ölkə olaraq aramıza qatılması ilə ailə tablomuzu tamamladıq. İkincisi, ailə məclisimizin adını Türk Dövlətləri Təşkilatı olaraq dəyişdiririk. Bunun vaxtı çoxdan çatıb”.

AZƏRTAC