Türkiyədə Azərbaycanın xarici işlər nazirinin də iştirakı ilə 5-ci üçtərəfli görüşü keçiriləcək

QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu respublika zona konfransı keçirilib
Nyu-Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar qətnamə qəbul edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü barədə məlumat yayıb.

Türkiyə XİN-in mətbuat xidmətindən APA-nın yerli bürosuna verilən xəbərə görə, Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov 23 fevral 2021-ci il tarixdə Türkiyəyə səfər edəcək.

Səfər çərçivəsində Türkmənistanla gündəmdə olan ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan R. Meredovu qəbul edəcək.

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü keçiriləcək.

M. Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşəcək. Görüş zamanı ölkələr arasında əlaqələr və regional məsələlərə dair əməkdaşlığı daha da inkişaf etdirmək üçün atılacaq addımlar ikili və üçlü formatda müzakirə olunacaq.

APA