Türkiyəli deputatlar səsvermənin gedişini, seçki hazırlıqlarını yüksək qiymətləndiriblər

Ceyhun Bayramov: Azərbaycanın təbii sərvətlərinin qanunsuz istifadəsi ilə bağlı beynəlxalq məhkəməyə müraciət ediləcək
Bakıda Qoşulmama Hərəkatı sammitinin yekun sənədləri razılaşdırılıb
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Azərbaycanda keçirilən prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərin arasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri də var.  APA-nın məlumatına görə, Bakıda seçkiləri izləyən Ərdəhan millət Ənsar Öyüt və Amasya millət vəkili Ramiz Topal səsvermənin gedişini, seçki hazırlıqlarını yüksək qiymətləndirdiklərini bildiriblər.

Məntəqələrdə veb-kameraların quraşdırılması barədə danışan TBMM üzvləri, Türkiyədə belə bir təcrübənin olmadığını deyiblər.

Onlar indiyədək 8 məntəqədə prosesi izlədiklərini, müşahidələrini səsvermə başa çatanadək davam etdirəcəklərini açıqlayıblar.