Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Bakıda Azərbaycan ədəbi dilinin normalarının mediada düzgün tətbiqi müzakirə olunub – YENİLƏNİB
Sahibə Qafarova: Fransanın Qarabağla bağlı qərəzli yanaşması qəbuledilməzdir
“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” festivalının proqramına 10-dan çox sərgi daxildir!

Azərbaycan sədrliyi dövründə AQEM-in məqsəd və hədəflərinə sadiqlik nümayiş etdirərək Asiyada qarşılıqlı fəaliyyətin genişləndirilməsi və etimad quruculuğunun gücləndirilməsi istiqamətində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

Prezident İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə görə təşəkkür edən Türkmənistan Prezidenti vurğulayıb ki, Azərbaycan bu platformada təşəbbüskar və əməkdaşlığı dəstəkləyən tərəf kimi xüsusi mövqeyə malikdir. “Bu baxımdan, Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik“.

AZƏRTAC