UEFA Çempionlar Liqası: “Qarabağ” Bakıda “Ayntraxt”a qalib gəlib

İşğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması ilə bağlı beynəlxalq konfrans keçirilir
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi genişləndirilir

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasında keçirilən oyun başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matç təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubunun heyətində qolları 4-cü və 80-ci dəqiqələrdə Kamilo Duran, 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub. Rəqib komandada isə 11-ci dəqiqədə Can Uzun, 78-ci dəqiqədə isə Fares Çaibi fərqlənib.

Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb.

Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə “Liverpul” klubuna qarşı keçirəcək.

AZƏRTAC