Ümumdünya Uşaqların Müdafiəsi günü

Şamaxıda I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib
Saat 15.00 – a seçicilərin Azərbaycan prezidenti seçkisində fəallığı 53,4 fazə təşkil edir – exit-poll
Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib

Əziz dostlar,
Nəzərinizə çatdırmaq istərdik ki, 1 iyun – Ümumdünya Uşaqların Müdafiəsi günü münasibətilə Azərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) və İnsan Hüquqları XXI Əsr-Azərbaycan Fondu əvvəllər də olduğu kimi yenidən xeyriyyə tədbiri keçirməyi planlaşdırır.
Bununla əlaqədar olaraq valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 iyun 2011-ci il tarixində bir neçə internat müəssisələrinə baş çəkiləcək, uşaqlara müxtəlif bayram sovqatları və hədiyyələrin verilməsi təşkil ediləcəkdir.
Biz ayrı-ayrı şəxsləri, müəssisə və ya təşkilatları bu xeyriyyə aksiyamıza qoşulmağa dəvət edirik.
Aksiyamıza qoşulmaq istəyən şəxslər hər hansı əşyaların (nağıl kitabları, qələm, dəftər, oyuncaqlar, geyim və s.) uşaqlara təqdim olunması üçün bizimlə 25 may tarixinə kimi əlaqə saxlaya bilərlər.
Hədiyyə və töhfələrinizi uşaqlara çatdırmaqla onlara böyük sevinc bəxş etmiş olacaqsınız!
Gəlin bu əziz gündə uşaqları tək qoymayaq və əlimizdən gələn hər hansı bir köməyi onlardan əsirgəməyək.

Bizimlə əlaqə: 012 564-10-38 (Leyla Xuluflu)