ÜST-ün baş direktoru: Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib

AZƏRTAC

İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
“The National Interest”: “Amerikaya Azərbaycan kimi strateji tərəfdaşlar lazımdır”
AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının məqaləsi Ukraynada beynəlxalq reytinqli jurnalda nəşr olunub
Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halları da çox azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Bütün ölkələri səhiyyə sistemlərini yenidən qurmağa çağıran ÜST-nin rəhbəri deyib: “Biz təbii şəkildə ortaya çıxan xəstəliklərə daim hazır olmalıyıq. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq, beynəlxalq müqavimət üzərində işləmək lazımdır”.

AZƏRTAC