Vaşinqtonda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib
Erməni işğalçıların viran qoyduğu yurd yerlərimiz

8 Noyabr – Zəfər Günü ilə əlaqədar ABŞ-ın paytaxtı Vaşinqtonda məlumatlandırma aksiyası keçirilib.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycanın qələbəsinə və Zəfər Gününə dair şüarların nümayiş olunduğu led ekranlı avtomobil ABŞ-ın əsas prospekt və küçələrində hərəkət edib. Ekranda “Cəsarətin 5 ili, qürurun 5 ili”, “Azərbaycan qalib gəldi, ədalət zəfər çaldı”, “Qələbəni mümkün edənləri anırıq”, “Birlikdə Qarabağda dayanıqlı sülh naminə”, “Qarabağ – sülh və ümidlər torpağı”, “Qafqazda sülh və əməkdaşlıq” və sair şüarlar yer alıb. Avtomobil 4 saata yaxın Ağ Ev, Vaşinqton abidəsi, Kapitol, Linkoln Memorialı kimi məşhur binaların yerləşdiyi küçələrdə hərəkətdə olub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton