VII Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu keçirilir

Ankarada Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir
Bakıda prezident seçkilərində KİV-lərin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib

Bu gün Gürcüstanın Telavi bələdiyyəsinin Tsinandali kəndində VII Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, forumda hər üç ölkənin iqtisadiyyat nazirləri, təxminən 400 nümayəndə, o cümlədən təxminən 300 iri şirkətin nümayəndəsi iştirak edir.

Azərbaycanı bu tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümyəndə heyəti təmsil edir.

Forum zamanı üç ölkənin özəl sektorları arasında irimiqyaslı layihələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Biznes nümayəndələrinin iştirakı ilə panel iclası, eləcə də B2B görüşləri keçiriləcək.

Forumda Türkiyə və Azərbaycandan yüksək səviyyəli nümayəndə heyətləri iştirak edəcək. Türkiyə nümayəndə heyətinə Türkiyənin ticarət naziri Ömər Bolat rəhbərlik edir.

Biznes-forum Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Gürcüstan Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunur.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və DEİK (Xarici İqtisadi Əlaqələr Komitəsi) forumda tərəfdar kimi çıxış edirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi