Vüsal Hüseynov: “Miqrasiya Məcəlləsinə böyük dəyişikliklər ediləcək”

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir 
Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçirilib
Bu gün təhsil nazirinin iştirakı ilə 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinq keçirilib

“Hazırda Miqrasiya Məcəlləsinə böyük həcmli dəyişikliklərin edilməsi nəzərdə tutulur”.

“Report” xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov AZTV-nin efirində yayımlanan “Günün Nəbzi” proqramında deyib.

O bildirib ki, həyata keçiriləcək dəyişikliyə əsasən qanunlar liberallaşdırılacaq: “DMX gənc bir struktur olsa da, qanunvericilik bazası peşəkar və təkmil hazırlanıb.

Ötən ilin iyul ayında Prezidentin təşəbbüsü ilə Miqrasiya Məcəlləsinə vacib dəyişiklər edilib. Ölkəmizdə turizmin və sahibkarlığın inkişafı ilə bağlı islahatlar və silsilə tədbirlər həyata keçirilir. Miqrasiya məcəlləsinə dəyişikliklər də bu istiqamətdə həyata keçiriləcək. Nəzərə almaq lazımdır ki, Miqrasiya xidmətinin əsas fəaliyyətlərindən biri ölkəmizin təşviqidir. Çünki ölkəmizin turizmi ilə maraqlanan əncəbi həm də miqrasiya məsələləri ilə də maraqlanmalı olur. Biz istəyirik ki, əcnəbi Azərbaycana rahat şəkildə gələ, yaşama və iş icazəsi ala və işləyə bilsin. Nəzərdə tutulan dəyişikliklərdən biri əncəbilərin rahatlığının təmin edilməsi və ölkəmizin turizm və sahibkarlıq baxımından cəlbediciliyinin artırılmasına yönəlib”.

Xidmət rəisi həmçinin bildirib ki, Azərbaycanda əcnəbilər tərəfdən qanun pozuntuları hallarının sayında azalmalar müşahidə olunur.