“Xəzər regionuna görə yalnız 5 ölkə məsuliyyət daşımalıdır”

Davos Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiya keçirilib Prezident İlham Əliyev sessiyada iştirak edib
Sergey Lavrov Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün yekunlarını şərh edib
Almaniyanın “GEO” jurnalı: “Bakı – xəyallar şəhəri”

Xəzəryanı region orada bütün baş verənlərə görə yalnız “Xəzər beşliyi”nin – Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın məsuliyyət daşıdığı region olaraq qalmalıdır. 

Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Həştərxan əyalətinin qubernatoru səlahiyyətlərinin müvəqqəti icraçısı Sergey Morozovla görüşündə bəyan edib.

“Xəzər regionu yaxşı mənada xüsusi narahatlıq predmetidir. Yəni bununla mən bu regionda bütün Xəzəryanı dövlətlər arasında tam əməkdaşlığın inkişafını nəzərdə tuturam. Çoxillik danışıqlardan sonra ötən il Aktauda Xəzərin hüquqi statusuna dair Konvensiya imzalandı. Amma Konvensiyanın əsas prinsipləri hələ 2014-cü ildə Həştərxandakı IV Xəzər sammitində razılaşdırılmışdı. Ona görə də, sizin regionun (Həştərxan əyaləti) simvolik rolu var və böyük praktiki əhəmiyyətə malikdir. Rusiya ilə yanaşı, “Xəzər beşliyi”nin iştirakçısı olan bütün digər ölkələr – Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan xarici siyasətimizin digər istiqamətləri üzrə bizim yaxşı tərəfdaşlarımızdır. Bizim üçün olduqca vacibdir ki, Konvensiyada nəzərdə tutulduğu kimi, Xəzər regionu orada bütün baş verənlərə görə “Xəzər beşliyi”nin məsuliyyət daşıdığı region olaraq qalsın”, – deyə Lavrov vurğulayıb.