XI Bakı Beynəlxalq Kitab Sərgisinin bağlanış mərasimi keçirilib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar yeni artımlarla birgə ödənilib
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Xaçmaz filialının açılışında iştirak edib
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub

XI Bakı Beynəlxalq Kitab Sərgisinin bağlanış mərasimi olub.

“Report”un məlumatına görə, mərasimdə mədəniyyət nazirinin müavinləri, tanınmış yazıçılar, ölkənin digər ədəbi-ictimai xadimləri, eləcə də qonaqlar iştirak ediblər.

Əvvəlcə sərginin yüksək təşkili barədə fikirlər ifadə olunub.

Daha sonra sərgi zamanı müxtəlif fəallıqlar üzrə qaliblər mükafatlandırılıb.

XI Bakı Beynəlxalq Kitab Sərgisində “Ən fəal nəşriyyat” nominasiyasında qalib “Teass Press” nəşriyyatı seçilib.

“Ən çox oxunan yazıçı” nominasiyasında Xalq yazıçısı Çingiz Abdullayev, “Ən kreativ stend” nominasiyasında isə “Mayak” nəşriyyatı fərqlənib.

Mərasim bədii hissə ilə davam etdirilib.

Report