Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunub

Azərbaycanda 4 400-dən çox məktəb var
Rio-de-Janeyro 2025-ci il üçün Dünya Kitab Paytaxtı elan edilib
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar bölgədə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalmış Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Omanın Maskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib.

“Report” xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Maskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reyslə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə ölkəyə qayıdıb.

Omandan Azərbaycana AZAL-ın xüsusi reysi ilə 195 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər Türkiyə vətəndaşı və 2 nəfər Azərbaycanda yaşayış icazəsi olan xarici ölkə vətəndaşları geri qayıdır.

“Report”un xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharibə vəziyyəti ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində qalmış vətəndaşların Azərbaycana növbəti təxliyəsi həyata keçirilib.

“Son bir neçə gün ərzində Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyimizin və Dubay şəhərindəki Baş konsulluğumuzun müvafiq səyləri nəticəsində ölkəmizə geri qayıtmaq niyyətində olan vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib. Daha sonra, vətəndaşlarımız diplomatik nümayəndəliklərimiz tərəfindən ayrılmış xüsusi avtobuslarla Omandakı Səfirliyimizin də əlaqələndirməsi ilə Oman hava limanına aparılıb və Azərbaycan Hava Yollarının xüsusi təyyarə reysi ilə Azərbaycana yola salınıb”.

Report