“ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomu çapdan çıxıb

Azərbaycana əsir düşmüş erməni pastor xalqını qan tökməyi dayandırmağa çağırdı
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
“Opinion Way” parlament seçkiləri ilə bağlı keçirdiyi “exit-poll”un nəticələrini elan edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən “1905.az kitabı” seriyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyi münasibətilə “ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomu tərtib edilib.

Seriyanın ideya müəllifi və naşiri AVCİYA-nın prezidenti Elxan Süleymanov, tərtibçisi və elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayevdir.

AZƏRTAC-ın materialları və fotoları əsasında nəfis şəkildə tərtib edilən kitab-albomda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın son 10 il ərzində gördükləri işlərin bir qismi xronoloji ardıcıllıqla – xəbərlərin, əvəzsiz fotosənədlərin dili ilə diqqətə çatdırılır.

“Ön söz”də bu on il ərzində dövlət başçısı və xanımının iştirakı ilə keçirilən tədbirlərin bir kitaba sığışdırmağın qeyri-mümkün olduğunu qeyd edən Elxan Süleymanov yazır: “Biz bu çoxşaxəli zəngin fəaliyyətin kiçik bir hissəsindən, cəmi 60 epizoddan söz açmışıq. Yaddaşlarda əbədi qalacaq, ən yeni tariximizin şərəfli səhifələrində yer tutmuş belə hadisələrin sayı isə yüzlərlədir. Azərbaycan Prezidentinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımızı tarixi qələbəyə aparan siyasi, iqtisadi, hərbi, diplomatik addımlarına, düşməndən azad etdiyimiz torpaqlarımıza hər səfərinə cild-cild kitablar həsr etmək olar. Əminəm ki, bu iş də görüləcək. Tarix yazan, xalqımızı müzəffər millətə, ölkəmizi qalib dövlətə çevirən Sərkərdənin hər addımı öyrəniləcək və elə öyrənilir də. Üstəlik, bu iş tək ölkəmizdə görülmür, yaxında, uzaqda saysız-hesabsız tədqiqatçılar 44 günlük müharibədə böyük Qələbə əldə etmiş Azərbaycanın təcrübəsini öyrənirlər”.

Yüksək poliqrafik üslubda çap olunmuş kitab-albomda yer alan hər bir epizod müasir, müstəqil ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, sosial-iqtisadi dirçəlişi, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərimizə işıq salır, son 10 ildə bütün sahələrdə əldə edilən nailiyyətləri xronoloji ardıcıllıqla bir daha oxucuya təqdim edir.

AZƏRTAC