Gəncədə beynəlxalq konfrans keçirilib

Bələdiyyə seçkiləri: Saat 12.00-dək respublika üzrə seçici fəallığı açıqlanıb
“Qars müqaviləsi – 100 il” mövzusunda yubiley poçt markaları dövriyyəyə buraxılıb
Erməni təxribatı nəticəsində 98 mülki vətəndaş həlak olub, 414 nəfər xəsarət alıb

“ELS” Mustəqil Araşdırmalar Mərkəzi 24-25 avqust tarixlərində Gəncə şəhərində “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrubənin tətbiqi” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirib. Tədbir, ABŞ-nın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə reallaşıb.
Layihənin məqsədi, qadınların ictimai və siyasi həyatda irəli çəkilməsi, regionlarda parlament seçkiləri ərəfəsində seçkilərlə bağlı seçmək və seçilmək hüquqları, o cümlədən qadınların qərar qəbuletmə prosesində iştirakı və s. məsələlərin gündəmə gətirilməsi, habelə, seçicilərin hüquqi maarifləndirilməsi, bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsindən bəhrələnməklə Azərbaycanda vətəndaş fəallığının stimullaşdırılması və qadınların ictimai həyatda iştirak səviyyəsinin artırılmasına dəstək olmaqdır.
Qeyd edək Layihə üzrə ELS-in tərəfdaşı 90 ildən artıq tarixə malik olan ABŞ-ın Qadın Seçicilər Liqasıdır. Qadın Seçicilər Liqası (Liqa), Birləşmiş Ştatlarda seçkilərə və seçki proseslərinə nəzarətin həyata keçirilməsinin təmin edilməsi sahəsində uzun illik tarixə malikdir. Liqanın üzvləri mütəmadi olaraq seçki məntəqəsinin əməkdaşları və ya seçkilər günü yerli seçki müşahidəçiləri qismində xidmət edirlər. Bundan əlavə, Liqa, bələdiyyələr və hökümət qurumları arasında münasibətləri tənzimləyir ki, bununla da Liqa üzvləri dövlət məmurları ilə əməkdaşlıq etməklə seçkilərə nəzarətin həyata keçirilməsində və bu proseslərin ədalətli keçirilməsinin təminatında birgə fəaliyyət göstərir.
Tədbiri giriş sözü ilə “ELS” Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova açaraq bildirdi ki, Azərbaycan qadınlarının seçkilərdə aktiv iştirakı üçün heç bir hüquqi maneə olmasa da, problem yaradan amillərin daha çox stereotiplər və seçkinin obyektivliyinə inamsızlıqdır: “2010-cu ilin iyun-iyul aylarında Azərbaycanın qərb rayonlarında ELS könüllülərinin keçirdiyi sorğunun nəticələri göstərir ki, respondentlərin 21,6%-i “Siyasətlə maraqlanmıram”; 18,4%-i “Mənsiz də keçinərlər” / “Mənim səsim heç nəyi dəyişməyəcək”; 16,2%-i “Namizədlər seçki öncəsi verdiyi vədləri həyata keçirmirlər”; 13,9%-i “Evdən icazə vermirlər”; 12,4%-i “Vaxtım yoxdur, ailəmlə məşgulam”; 5,8%-i “Seçkinin obyektivliyinə inanmıram”; 5,8%-i “Qocayam”/”Xəstəyəm”/”Əliləm”; 3,4-i “Vaxtım yoxdur – işləyirəm” cavabını verib. “Evdən icazə vermirlər” deyə cavablandıran respondentlərin əksəriyyəti 45 yaşdan yuxarı evdar, işsiz qadınlardır.
2010-cu ildə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəkləri sualına ümumilikdə 66,8% “Bəli” cavabını verib. 20,5% respondent hələ qəti qərar qəbul etməyib, 12,7%-i isə səs vermək niyyətində olmadığını bildirib. Sorguda, həmçinin qadınların seçki orqanlarında təmsil olunmaq istəyib-istəmədiklər də soruşulub. Bu istəkdə olan qadınlar 9,2%, cavablandırmaqda çətinlik çəkənlər 11,3 % təşkil edib. Nəticə etibarilə görmək olar ki, seçkilərdə iştirak etməkdə tərəddüd edənlərə nisbətən hər 5-ci qadın cəmiyyətin fəal üzvüdür…”.
Tədbiri, qlobal təcrübədən yararlanmaqda vacib fürsət olaraq, konstruktiv dialoq və birgə həll varantları üçün zəmin olaraq dəyərlədirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Hafiz Namazov bildirdi ki, seçkilərdə qadınların iştirakı sahəsində regionlarda müxtəlif tədbirlər həyata keçirilib:“Cari ilin iyul ayindan başlayaraq komitə, respublikanın Bakı, Abşeron, Qusar, Cəlilabad, Zaqatala, İsmayıllı, Agstafa, Samux, Goyçay, Şirvan, Goranboy, Bərdə kimi məkanlarında “XX əsrdə zorakılıq əleyhinə – əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda bələdiyyə üzvləri olan qadınlar, yerli özünüidarəetmə strukturlarının nümayəndələri və QHT-lərlə birgə görüşlər keçirir. Görüşlərdə, məişət zorakılıgı, o cümlədən, regionlarda qadınların ictimai fəallıgının artırılması, seçkilərə cəlb edilməsi, onların seçkilərdə iştirakları istiqamətində yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının qarşısında duran vəzifələr, bu istiqamətdə mövcud problemlərin aradan qaldırılması yolları müzakirə edilir…”.
“Azərbaycanda demokratiyanın inkişafı: qadınların rolunun artırılması” mövzusunda cıxış edən “ABŞ-ın Seçıcı Qadınları Liqası”nın (Vaşınqton, ABŞ) proqram rəhbəri Zaida Arquedasın sözlərinə görə, qadınların seçkilərdə iştirakı seçim üzrə yox, mütləq, bir öhdəlik olmalıdır: “Avropa icmasının tədqiqatları qiymətləndirilməsinə görə, inkişafa verilən dəstək daha yaxşı nəticələrə gətirir və qadınlar, iştirak zamanı daha dayanıqlı olurlar. Dünya miqyasında qəbul edilmişdi ki, qadınların siyasi həyatda və liderlik mövqelərində olmaması demokratiyaya kölgə salır. Bütün səviyyələrdə qərar qəbuletmə prosesinə bərabər səviyyədə cıxış, demokratiyanın düzgün şəkildə işləməsi üçün ilkin zəruri şərtdir. Siyasi məsələlərdə bərabər iştirak hökümətləri daha reprexentativ, etibarlı və şəffaf edir. Mükəmməl demokratiyanın əldə edilməsi qadınların və kişilərin balanslı şəkildə iştirakını tələb edir. Ölkə əhalisinin yarısı siyası proseslərdə iştirak etmirsə, demokratiyadan danışa bilməz. Qadınlar, konstitusiyanın və sülh prosesinin bərqərar olunmasında əhəmiyyətli dəyişiklik edə bilərlər”.
Demokratik ölkənin quruluşunda qadınların rolunun əhəmiyyətlu oldugunu deyən Gəncə şəhər İçra Hakimiyyətinin ictimai-siyası struktur bölməsinin müdiri Ruslan Qardaşov, cəmiyyətdə qadınların rolunun əhəmiyyətindən danışdı. Onun sözlərinə görə, 9 milyonluq Azərbaycan əhalisinin 52 %-nin qadınların payına düşməsi heç də kiçik rəqəm deyil.
Müstəqil politoloq, fəlsəfə doktoru Ksandra Keyden hesab edir ki, insanları səs verməyə həvəsləndirmək ilkin addımdır, ancaq bununla təkcə kifayətlənmək olmaz: “Əhalinin müəyyən edilmiş hissəsi səs verdikdə, bu, siyası spektrdə kiminsə həmişə boşlugu doldurmaga cəhd etməsi üçün imkan yaradır. Hakimiyyət hec vaxt verilmir, o, həmişə əldə edilir”.
“Avropa Layihələri” Assosiasiyasının sədri Mariya Tençeva “Bolqariyanın siyasi-ictimai həyatında qadınların rolu”nun əhəmiyyətli dərəcədə yer tutdugunu bildirdi: “Qadınlar və kişilər arasında bərabər rəftar, qadın məsələləri sahəsində siyasətlərə və qərarlara ciddi təsir göstərir. Qadın QHT-lərdən təzyiqlər və qadınların ümumi məsələlərə cəlb edilməsi, təhlükəsizliyin və qadınların sosial, iqtisadi və siyasi həyatda yüksək statusunun təmin edilməsi üzrə dövlət siyasətini dəyişdirən faktorlardan biridir…”.
“Seçkilər bizə nə verir?” mövzusu ilə cıxış edən “Bələdiyyələrin fəaliyyətinin təbligi” İctimai Birliyinin sədri Vuqar Tofiqlinin sözlərinə görə, bələdiyyə seçkilərində ugur qazananların 26%-dən çoxunu qadınlar təşkil edir. Mövcud 1709 bələdiyyədən 302-nin sədri qadın seçılıb. Bu da öz növbəsində Azərbaycan qadınının cəmiyyətdə aparıcı qüvvəyə cevrilməsindən xəbər verir.
Tədbirdə həmçinin Qlobal Məsələlər Forumunun (Stemford, ABŞ) prezidenti Key Maksvel, “Qadınlar bələdiyyələrin inkişafı ugrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, İnsan Hüqüqları üzrə Müvəkkilinin (Ombudsmanı) Gəncə Regional Mərkəzinin baş məsləhətçisi Səbuhi Abbasov, Demokratik Seçkilərə Dəstək Mərkəzinin prezidenti Çingiz Dadaşov, habelə yerli QHT-lərin, beynəlxalq təşkilatların rəsmiləri, Gəncə və gərb bölgəsi rayonlarının fəal qadınları və KİV təmsilçiləri iştirak edirdilər.

“ELS” Araşdırmalar Mərkəzi