Millət vəkili Elxan Süleymanovun kitabları müsabiqənin qalibi elan olunub

Avropa Parlamentində Azərbaycanla bağlı məruzə qəbul edilib
Elxan Süleymanov: “Sərsəng su anbarı işğalçı Ermənistanın əlində Azərbaycana qarşı çox təhlükəli bir silahdır”
Azərbaycanlı deputat Roma Papasına məktub yazdı

Milli Məclisin deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun ideya müəllifi olduğu kitablar Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi I Ümumrespublika «Kitab sənəti» müsabiqəsində birinci yerə layiq görülüb. Bu barədə APA-ya E.Süleymanovun ofisindən məlumat verilib.

Müsabiqədə birinci yerə AVCİYA tərəfindən hazırlanmış, Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş «Bakı haqqında 20 etüd» (Bakı, 2011-ci il) kitabı layiq görülüb. Bu kitab «Şərq-Qərb» Nəşriyyat Evinin mətbəəsində çap olunub.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən hazırlanmış, «CBS Polygraphik Production» mətbəəsində çap olunmuş «Tarixi Azərbaycan dövlətləri» (Bakı, 2012-ci il) kitabı isə müsabiqənin xüsusi diplomunu alıb.