Təcavüzkar tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarindaki Sərsəng su anbari potensial humanitar və ekoloji faciə mənbəyidir

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib
AŞPA-da Ermənistana dair qətnamə təklifi
BMT yanında daimi nümayəndəliyimiz təşkilatın baş katibinə Ermənistan-Azərbaycan münaqişəsinə dair məktub ünvanlayıb

Azərbaycanın işğal altında olan ərazilərində yerləşən su anbarları hazırda ölkə ərazisi və əhalisi üçün potensial təhlükə mənbəyidir.  Regionların inkişafına investisiya yatıran dövlətimiz Tərtər, Ağdam və Ağstafa rayonlarının ərazisində yerləşən yüksək risk mənbəyi olan su anbarlarından mümkün təhlükəni minimallaşdırmaq istiqamətində ciddi addımlar atmağa məhkumdur. Təbii, texnogen və ya qəsdən törədilmiş istənilən qəzanın nəticəsində iri miqyaslı humanitar fəlakət təhlükəsi və 500000-dən artıq əhali yaşayan bölgəni risk altına alması ilə barışmaq olmaz.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının hazırladığı yeni “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsi də problemə dünya və yerli ictimaiyyətin, hökumətin diqqətinin cəlb edilməsinə yönəlmişdir.

Layihənin məqsədi Ermənistan Respublikası ilə həmsərhəd ərazilərdə və erməni silahlı qüvvələrinin işğal etdiyi ərazilərdə yerləşən Sərsəng su anbarı daxil olmaqla su anbarlarının həmsərhəd və işğal zonası ilə qonşu ərazilərdə yaşayan insanların həyatı və əmlakı üçün törədə biləcəkləri təhlükənin qarşısının alınmasına nail olunmasıdır.

Layihənin icrası nəticəsində ilkin olaraq aşağıdakı nəticələrə çatılması gözlənilir:

•         BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin və Nazirlər Şurasının, Avropa Şurasının, ATƏT-in sədrinin və ATƏT Minsk Qrupunun həmsədrlərinin su anbarlarındakı bəndlərin dağılması və dağıdılması riski və nəticələri barədə məlumatlandırılması;

•         Su anbarlarının texniki vəziyyətinin mütəmadi monitorinqinin keçirilməsi;

•         Su anbarlarından axımın həcminin mövsüm ərzində dəyişməsi nəticəsində Azərbaycan iqtisadiyyatına vurduğu zərərin qiymətləndirilməsi;

•         Su anbarlarında qəza baş verəcəyi təqdirdə bölgə əhalisinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyət proqramının hazırlanması;

•         Ermənistan Respublikası və silahlı qüvvələrinin su anbarlarında qəza törətməsi vasitəsilə ölkə əhalisi üçün yaradacaq risklər barədə Beynəlxalq ictimaiyyətin və bölgə əhalisinin məlumatlandırılması;

Layihənin həyata keçirilməsinə beynəlxalq təşkilatların ekspertlərinin cəlb edilməsi və nəticələrinin Bakı və Brüsseldə keçiriləcək beynəlxalq konfranslarda müzakirəsi, beynəlxalq tədbirlərdə layihənin təqdimatını nəzərdə tutur.