ƏLİYEV Ehtiram İsrayıl oğlu

HƏSƏNOV İlham Gülbala oğlu
SƏMƏDOV Pərviz Əbdüləhəd oğlu
MAKEYEV İqor Vladimiroviç

(1.8.1972, Ucar r-nunun Qazyan k.) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995).

1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlmişdir. 1987-ci ildə burada səkkizinci sinfi bitirdikdən sonra Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. O, 1992-ci ildə texnikumu bitirmiş və Azərbaycan Silahlı Qüvvələri sıralarına çağırılmışdır. E.Əliyevin xidmət etdiyi hərbi hissəni Naxçıvan MR-na göndərmişdilər. O, Sədərəkdə, Batabat yaylağında erməni silahlı birləşmələrinə qarşı aparılan döyüş əməliyyatlarında yaxından iştirak edirdi.
O vaxtlar Naxçıvanın sərhəd bölgələrində olduğu kimi Dağlıq Qarabağda da erməni işğalına qarşı mübarizə gündən-günə şiddətlənirdi. Elə buna görə də E. Əliyevin xidmət etdiyi hərbi hissə 1993-cü ilin iyul ayında Ağdama göndərirldi. O, Ağdam, Füzuli, Cəbrayıl, Tərtər rayonlarında aparılan hərbi əməliyyatlarda əsl rəşadət göstərdi.
1993-cü il… Avqustun 23-ü… Düşmən ağır texnika ilə Füzuli rayonunun Əhmədbəyli kəndinə hücuma keçir. Əsas strateji yüksəkliklər düşmənin əlində idi. Bu isə əməliyyatın gedişini xeyli çətinləşdirirdi. Buna baxmayaraq ordumuz əzmlə döyüşür, erməni yaraqlılarını geri çəkilməyə məcbur edirdi. Bu uğurlu əməliyyat bir neçə kəndin geri alınması ilə yadda qaldı.
1994-cü il… Yanvar ayının 5-i… Ordumuz əlavə qüvvə alaraq yenidən hücuma keçdi. Düşmən sarsılmışdı. İki gün davam edən bu ağır döyüşdə düşmən 45 km geriyə oturuldu. İgid döyüşçü kimi ad çıxaran E.Əliyev qəflətən yaralandı. Lakin o, yoldaşlarını tək buraxmadı axıradək onlarla birlikdə olacağını bildirdi. Qısa müddət müalicə olunduqdan sonra yenidən döyüş dostlarının yanına qayıtdı.
20 aprel 1994-cü ildə hərbi hissəni Tərtər bölgəsinə göndərdilər. Burada da döyüşlər ara vermirdi. Milli Ordunun əsgərləri düşmənə qarşı mətanətlə vuruşurdular.
E.Əliyev 1996-cı ilin avqust ayında ordudan tərxis olundu. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işlədi.
2000-ci ildə “Təfəkkür” Universitetində tələbəlik sevinci yaşadı. O, Nəqliyyat Nazirliyinin Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında sərnişindaşımanın təşkili şöbəsinin rəis müavini işləmişdi. Hazırda isə həmin şöbənin rəisi vəzifəsində öz işini ləyaqətlə davam etdirir.
O, gözəl ailə başçısıdır, iki övlad atasıdır.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Ehtiram İsrayıl oğluna “Azərbaycanın  Milli Qəhrəmanı” adı verilmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 76-77