Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını erməni diasporuna ötürüb

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Milli Məclisin sədri Oqtay Əsədov Antalyada Ermənistan rəsmisinin yalanlarına tutarlı cavab verib
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar 333 nəfərə birdəfəlik maddi yardım edilib

Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını erməni diasporuna ötürürməklə Avropa İttifaqı (Aİ) və rəsmi Bakı arasında gərginlik yaradıb.

“Report” xəbər verir ki, bu barədə Caliber.az saytı Belçikanın Eureporter.co saytına istinadən məlumat yayıb.

Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsini, Moldova və Cənub-Şərqi Avropaya qaz tədarükünü artırmağa hazır olmasını alqışladığı bir zamanda Azərbaycanın Aİ-dəki nümayəndəsi və Belçikadakı səfiri Vaqif Sadıqov Avropa Parlamentinin onun təcili diplomatik məlumatlarının (depeşa) erməni diasporuna ötürməsindən məyusluğunu ifadə edib.

Azərbaycan səfiri özünün tviter səhifəsində bu barədə yazıb: “İnanılmaz olsa da fakt budur ki, Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını məqsədyönlü şəkildə erməni diasporunun nümayəndələrinə ötürüb. Maraqlıdır, Avropa Parlamentinə ünvanlanan və bir çox həssas məsələlərə toxunan digər məktublar da parlamentdəki və onun ətrafındakı lobbiçilərə və nüfuzlu qruplara sızdırılır?”

Report