7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Kamil Səlimovun (hüquq elmləri doktoru, AVCİYA-nın eksperti) çıxışı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib
Məhərrəm Zülfüqarlı: Qarabağın və Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bütün dünya tərəfindən rəsmən tanınıb və qəbul edilib
“Xocalı Yaddaşı” kitabı işıq üzü görüb

İcazə verin bütün tədbir iştitakcılarını birdə salamlayım. Bizim xarici qonaqlarımızasalam çatdırım. Mən istərdim ki, bir neçə məqamların üzərində sizin fikrinizi cəmləyim.

Ən birincisi,Elxan müəllimin təqdim etdiyi layihə, Dağlıq Qarabağ məsələsində həll olunacaq istiqamətdə ən mühüm problemlərdən biridir.

Məndən soruşa bilərsiniz ki, nəyə görə və bunu nə ilə əsaslandırırsınız? Cavab verirəm:birincisi, ermənilərin psixologiyası. Hər il biz,-ikisi də burada iştirak edirlər, 3-4 dəfə beynəlxalq ekspertlərlə görüşürük. Azərbaycan dövləti bir neçə dəfə məsələlər, problemlər qaldırıb, lakin indiyə qədər gəlin fikirləşək, nə vaxtermənilər gəlib hansısatəklif ilə müraciət eləyiblər və razı olublar ki, bu problemi birgə həll edək. Sərsəng su anbarı ilk dəfə olaraq,ermənilərə qarsı  konkret fəaliyyətdən danışmaq üçün təklif olunub.

Nəyə görə? Ona görə ki, artıq Sərsəng su anbarı beynəlxalq təhlükəsizliyi ilə bağlı olan böyük bir ümumi problemdir.

Suriyada bildiyiniz kimi, bir milyondan artıq qaçqın var,500 min nəfərə qədər insan qətlə yetirilib, lakin biokimyəvi silahın istifadəsinə görə, Amerika dövləti bütün Avropanı ayaga qaldırıb. Nəyə görə? Çünki artıq bu sistem  beynəlxalq təhlükəsizliyə böyük bir ziyan gətirir  və beynəlxalq hüquqlar pozulur.

Bu gün cox geniş istiqamətdə hərəkətlər vardir  və 3 ayın ərzidə cənab Süleymanov doğrudan dacox böyük işlər görüb. Avqust, sentyabr, oktyabr – görün neçə qurumlarda artıq bu məsələyə baxılıb və müraciət olunub. Biz bu problemi ümumiyyətlə, beynəlxalq təhlükəsizliyə istinad eleməklə təqdim etməliyik.

Xahiş edirəm, baxın bu slaydlara. Ümumiyyətlə, su anbarları və su ilə bağlı hidroelektrik sistemlərdə hansı faciələr baş verib, hansı ki bütün dünyada öz əksini tapıb. Xahiş edirəm, slaydları bir-bir göstərin.

Deməli, avropa ekspertləri tərəfindən VIII əsrdən indiyə qədər su anbarlarında və hidrosistemdə baş verən faciələrin hamsının statistikası aparılıb. Müəyyən olunub ki, VIII əsrdən,hər beş ildən bir, 1 su anbarında fəlakət baş verib, orada böyük bir qəza olub. 1975-ci ildən indiyə qədər hər 15 aydan bir su anbarlarında qəza baş verib və orta hesabla 50 nəfər adam həlak olub. Mən hələ iqtisadi potensialdan danışmıram.

Bundan başqa,mən sizə bir necə misallar da demək istərdim. 12 mart 1928-ci ildə San-Fransisko Kalliforniyada böyük bir su anbarında  texniki qurğulardan düzgün istifadə olunmadığı üçün faciə baş vermişdir. Dalğanın hündürlüyü 40 metrə çatmışdır. 80 km ərazini tamamilə götürmüşdür və burda 300 nəfər insan həlak olmuşdur. O cümlədən 1941-ci ildə, 1959-cu ildə, 1975-ci ildə, 1993-cü ildə dünyanın müxtəlif yerlərində olan su anbarlarında böyük bir qəzalar baş verib. İndi mən sizə şekilləri də göstərərəm.

Son qəzalardan biri Rusiyanın Sayano-Şuşenskihidroelektrostansiyasında 1979-cu ildə olmuşdur, 1985-ci ildə, 1988-ci və 2009-cu illərdə də qəzalar baş vermişdir. Çındə 3 dəfə su anbarının dağılmasına görə 1 million 200 min nəfər insanümimiyyətlə,yerlərindənköçürülmüşdür, 140 min insan isə həlak olmuşdur. İndi siz deyə bilərsiniz ki, bu statistika bizə nə verir? Əgər biz bu layihəni təqdim ediriksə,  mütləq istinad etməliyik ki, beynəlxalq statistika nə göstərir və bu statistikanın nəticəsi nə ilə bağlıdır.

İkinci məsələ odur ki,bu gün Elxan müəllim avropa qurumları arasında böyük işlər aparıb, lakin biz fikirləşməliyik, hansı mexanizm təqdim edək ki, işləsin. Barak Obamanın dediyinə görə, qırmızı xətti keçməmək şərti ilə, bu layihə ilə biz nə təqdim edə bilərik? Birincisi, fikir verin, 1994-cü ildən Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş var. Minsk qrupusülh danışıqları aparır və sülh danışıqlarına olan maneələri də, mütləq aradan qaldırmaq üçün tədbirlər görür.

Əgər Sərsəngdə bir faciə baş versə, bizim ekspertlərimizin rəyinə görə, bu bir əsas olacaq ki, sülh müqaviləsi tam şəkildə pozula bilər və yenə də atəşkəs açıla bilər.

İkincisi, hansı quruma biz bu gün müraciət etməliyik? Bu çox böyük məsələdir. Adətən praktikada indiyə qədər belə bir şey ilə biz rastlaşmamışıq, lakin İqtisadi avropa komissiyası bilavasitə bunların təhlükəsizlıyi ilə məşğul olur. Bildiyiniz kimi, Orta Asiyada su anbarlarının istifadəsi ilə mühüm bir problemlər ortaya çıxmışdır. İqtisadi Avropa komissiyası bu barədə ekspertiza apardı və bu  ekspertizanın nəticəsində də Finlandiya dövlətinin maliyyəsi ilə layihə keçirildi.

Biz,burada da deyildiyi kimi, mütləq,  beynəlxalq ekspert qrupudüzəltməliyik və bu qrup texniki ekspertizanı aparmalıdır. 20ildən artıq texniki cəhətdən ekspertiza keçirilməyib, bu nə vəziyyəydədir, hansı faciə baş verə bilər,biz hələ bilmirik. 100% əminik ki, ekspertizanın rəyində yazılacaq ki, hansı tədbirlər aparılmalıdır və hansı maliyyə lazımdır. Nə Ermənistan dövlətinin, nə də dırnaq arası “Dağlıg Qarabağ Respublikasının” bu maliyyəsi yoxdur. Təbii ki, bunlar heç bir iş görməyəcək və beynəlxalq qurumlara müraciət etməli olacaqlar. Həmin bu ekspert rəyini və BMT-nin ekspertləri tərəfindən qol çəkilən rəyi Minsk qrupuna təqdim edib, onun qarşısında məsələ qoya bilərik ki, xahiş edirik,bu kütləvi qırğının qarşısını almaq üçün konkret istiqamətdə tədbirlər görəsiz. Bizim təklifimiz qısaca olaraq bundan ibarətdir. Çox sağ olun!