7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Spiridon Kuvelisın (Yunanıstan parlamentinin keçmiş üzvü) çıxışı

Azərbaycan Prezidenti Tovuz rayonunun atəşə tutulması nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam imzalayıb
AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ KOMMÜNİKE
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edib

Xanımlar və cənablar, mən ingilis dilində danışacam, çünki azərbaycan dilini, təəsüflar olsun ki, bilmirəm.

İstərdim ki, bu bölgə üçün ən təhlükəli problemlərdən biri ilə məşğul olduqları üçün təşkilatçılara və cənab Süleymanova təşəkkürümü bildirim və bunun əhəmiyyətli olduğunu qeyd edim. Mən 20 ildir ki su ilə əlaqədar məsələlərlə məşğul oluram və sizi inandırım ki, bu illər ərzində topladığım təcrübə mənə əsas verir ki, suyu ən güclü, ən təsirli və ən əhəmiyyətli təbii elementlərdən biri hesab edim.

Münaqişə zamanı və yaxud Qarabağ məsələsində olduğu kimi işğal hallarında su ilə oynamaq, məcazi mənada, odla oynamaq kimi təhlükəli bir amildir.

Sözsüz ki, suyun düzgün istifadə olunmaması və yaxud lazimi vaxtda, lazimi mövsümdə verilməməsi mənfi nəticə doğuran fəsadlar törədir. Bu isə həm ekologiya üçün, həmçinin, həmin bölgələrdə, ərazilərdə insanların sosial durumu üçün mənfi təsirlər yaradır və bu təsirlər bir  çox illər davam edir. İkinci məsələ isə, sözsüz ki, həmin ərazilərdə yerləşən su anbarlarındakı bəndlərin təhlükəsizliyi məsələsidir və bu sadəcə bir milli problem, milli məsələ deyil, eyni zamanda beynəlxalq ekspertlər və beynəlxalq qurumlar tərəfindən diqqət yetirilməli bir məsələdir.

Bundan əvvəl çıxış edən ekspertin göstərdiyi slaydlarda biz bu kimi hallarda baş verən faciə nəticəsində yaranan fəsadları bariz şəkildə görə bildik. Su anbarında baş verən faciə nəticəsində yaranan daşqın Yaponiya və yaxud Asiyanın başqa bir ölkəsində baş verən sunaminin yaratdıgı vəziyyətə gətirib çıxara bilər. Ona görə digər natiqlərin sözlərinə qatılaraq düşünürəm ki, bu problemlə əlaqədar yəqin ki beynəlxalq ekspertlərdən ibarət bir şura, bir komitə yaradılmalıdır ki, onlar Sərsəng su anbarının təhlükəsizliyi ilə əlaqədar müəyyən təhqiqatlar və  işlərlə məşğul olmalıdırlar. Düşünürəm ki, biz və digər beynəlxalq qurumlar Sərsəng su anbarında yaranan vəziyyəti ilə, onun təhlükəsizliyi ilə əlaqədar gərək daha qətiyyətli və daha operativ yanaşmalar və təkliflər irəli sürək.

Bir daha dəvətinizə görə təşəkkür edirəm.