Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub
IMF: Azərbaycan iqtisadiyyatı ortamüddətli dövrdə ildə 2,5 % artacaq
Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, 6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20 metr/saniyə, yarımadanın bəzi yerlərində arabir 28-33 metr/saniyəyədək güclənəcəyi, aprelin 7 və 8-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın rayonlarında aprelin 6-sı səhərdən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Aprelin 6-sı səhərdən 7-si səhərədək qərb küləyi 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 28-33 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

AZƏRTAC