İslamabadda Azərbaycan-Pakistan-Türkiyə Parlament sədrlərinin üçüncü üçtərəfli görüşü keçirilir

Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili protezlərlə təmin olunub
Ekspert: QHT-lərin maliyyələşdirilməsindəki pərakəndəlik və sistemsizlik aradan qaldırılır
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüş

Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə Parlament sədrlərinin üçüncü üçtərəfli görüşü başlayıb. Əvvəlcə görüşün İcraiyyə Toplantısı keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak ediblər.

Parlament sədrləri ölkələrimiz və parlamentlərimiz arasında yüksəksəviyyəli qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, bu görüşün də üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağımıza güclü təkan verəcəyinə inam ifadə ediblər.

İcraiyyə Toplantısında gündəlikdəki mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan-Pakistan-Türkiyə Parlament sədrlərinin üçüncü üçtərəfli görüşünün açılış mərasimi başlayıb.

Üçtərəfli görüş bu gün parlament sədrlərinin çıxışları və deputatların da iştirakı ilə keçiriləcək geniş müzakirələrlə davam edəcək.

AZƏRTAC