Çinin turizm bazarında Azərbaycanın payı durmadan artır

Xarici işlər naziri Ceyhun Bayramovun Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı ilə görüşünə dair mətbuat məlumatı
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Avropa İttifaqı: Azərbaycandakı əməkdaşlıq layihələrinin təxminən 30 faizi təhsillə bağlıdır

Azərbaycan ilə Çin arasındakı mədəni əlaqələr turizm və nəqliyyat sahələrini aşaraq daha geniş fəaliyyət istiqamətlərinə, xüsusilə də insanlar arasında birbaşa ünsiyyətə doğru genişlənir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Suzhou China International Travel Service Corporation Ltd” şirkətinin baş meneceri Fei Sin deyib.

“Çin bu gün dünyada ən böyük xarici turizm bazarıdır. Azərbaycanın bu böyük bazardakı payı durmadan artır. Potensialımız isə daha da genişdir. İkitərəfli vizasız rejim bu artımı dəstəkləyən əsas amillərdən biridir. Bizim üçün bu, Azərbaycanı çinli səyahətçilər üçün üstünlük verilən istiqamət kimi təqdim etmək baxımından gözəl bir fürsətdir”, – deyə baş menecer qeyd edib.

AZƏRTAC