Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi”nin ümumi yığıncağı keçirilib

Azərbaycan Prezidenti: BMT TŞ qətnamələrinin bəzi hallarda 20 ildən çox müddətdə kağız üzərində qalması dünya nizamının pozulmasına gətirib çıxarır
Xalq rəssamı Tahir Salahovun dəfn mərasimi keçirilib
Gələn ilin ilk 5 ayında “Ağıllı kənd”ə sakinlərin köçürülməsi tamamilə yekunlaşa bilər

Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin iştirakçıları olan “AzərEnerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC nümayəndələrinin ümumi yığıncağı keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika nazirinin müavini Orxan Zeynalov “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə “Yaşıl Dəhliz Birliyi” MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib.

Yığıncaq zamanı iştirakçılar Tural Əliyevin “Yaşıl Dəhliz Birliyi” MMC-nin yeni baş direktoru təyin edilməsi və şirkətin nizamnamə kapitalının artırılması barədə razılığa gəliblər. Bununla yanaşı, texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsi və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda qəbul edilmiş qərarlara dair müvafiq sənədlər imzalanıb.

AZƏRTAC