Gürcüstanın Baş naziri: Azərbaycan ilə Ermənistan arasında sülh regionun inkişafına çox yaxşı əsas yaradır

Türkiyədən Ermənistana uçuşların başlayacağı tarix açıqlanıb
AVCİYA-nın yeni nəşri işıq üzü görəcək
Sahil Babayev: “Bu gün bizim əmək bazarımızda çətinliklər və çağırışlar çox ciddidir”

Cənubi Qafqaz regionunda sabitliyin qorunması çox vacibdir. Son zamanlar regionumuzda inkişaf edən tendensiyalardan məmnunuq. Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi çox vacibdir. Bütün bunlar regionumuzun möhkəmlənməsinə və inkişafına daha çox qayğı göstərməyimiz üçün çox yaxşı əsas yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan və Ermənistan Baş nazirlərinin həmsədrliyi ilə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Tbilisidə keçirilən iclasında söyləyib.

İrakli Kobaxidze regionda strateji tərəfdaşlığı, artan əməkdaşlığı və sabitliyin vacibliyini xüsusi vurğulayıb.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın 15-ci iclasında müxtəlif sektorlarda tərəfdaşlığın dərinləşdirilməsinin müsbət dinamikası və perspektivləri müzakirə olunub.

AZƏRTAC