Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək

Ceyhun Bayramov  Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib
Gələn aydan müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq
Koronavirus: Bütün dünyanın bağlı olması iqlim böhranına necə təsir göstərəcək? Yardım yoxsa maneə?

Yanvarın 23-də, saat 09:00-da Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report” nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-558-76-47) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Report.az