
Ağdam işğaldan azad olunandan sonra burada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib. Hazırda Ağdam şəhərində yaşayanların sayı 3 mindən çoxdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda keçirilən “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda keçirilən panel müzakirəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, Ağdam şəhəri və üç kənddə ümumilikdə yaşayanların sayı isə 8 mindən çoxdur: “Məskunlaşma prosesi mərhələli şəkildə davam edəcək”.
AZƏRTAC