
İran Prezidenti Məsud Pezeşkian MDB sammitində Birliyin Tehranla qarşılıqlı fəaliyyəti üçün “MDB +1” formatının yaradılmasını təklif edib.
Bu barədə “Report” “Fars”a istinadən xəbər verir.
“Dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizm kimi “MDB + İran” və ya “CIS+1″ formatı yaradılmalıdır”, – o qeyd edib.
O, həmçinin əlavə edib ki, bu mühüm və strateji regionun ölkələri çoxqütblü dünyanın formalaşmasında əsas oyunçulara çevrilməlidirlər:
“Biz ayrılma əvəzinə birləşmə, yorucu rəqabət əvəzinə – əməkdaşlıq, birtərəfli asılılıq əvəzinə – qarşılıqlı bağlılıq və təhdidlərə əsaslanan təhlükəsizlik əvəzinə – etimada və ümumi maraqlara əsaslanan təhlükəsizlik istəyirik”.
Report