Son üç ildə Laçında elektrik enerjisi istehsalı 19 dəfəyə yaxın artırılıb

“Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına və hüquqlarının müdafiəsinə ictimai dəstək” layihəsinin icrası başa çatıb
Münaqişə bitəndən 9-u mülki şəxs olmaqla, Azərbaycanın 20 vətəndaşı mina partlayışında həyatını itirib
Prezident və birinci xanım “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar

Ötən il Laçın rayonunda 417,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu göstərici 2024-cü illə müqayisədə 14,2 % çoxdur.

İşğaldan azad ediləndən sonra Laçında elektrik enerjisinin istehsalına 2022-ci ildən başlanılıb. Həmin vaxtdan indiyədək istehsal həcmində 18,6 dəfə artım müşahidə edilib.

2025-ci ildə Azərbaycanda ümumilikdə 28 milyard 683 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bunun 9 milyard 624,6 milyon kVt/saatı Mingəçevir şəhərinin, 8 milyard 708,2 milyon kVt/saatı Bakı şəhərinin, 3 milyard 840,5 milyon kVt/saatı Şirvan şəhərinin, 3 milyard 101,1 milyon kVt/saatı Sumqayıt şəhərinin, 1 milyard 36,9 milyon kVt/saatı Şəmkir rayonunun, 725,3 milyon kVt/saatı Abşeron rayonunun, 513,9 milyon kVt/saatı Naxçıvan Muxtar Respublikasının, 215,4 milyon kVt/saatı Şəki rayonunun, 206,6 milyon kVt/saatı Xaçmaz rayonunun, qalan hissəsi isə digər rayonların payına düşüb.

Report