2010-cu ilin iyun ayının 22-də saat 11:00-da “Caspian Plaza” Biznes Mərkəzində “Ümumdünya səhralaşma və quraqlıqla mübarizə günü” ilə əlaqədar “Respublikamızda təbii fəlakətlə əlaqədar çaylarda suyun kəskin artımı və daşması nəticəsində mövcud ekoloji vəziyyət” mövzusunda Dəyirmi Masa keçirməyi planlaşdırır.
Fondumuz tədbirdə Cənubi Qafqazda iqlim dəyişkənliyi ilə əlaqədar yağıntıların intensiv xarakter alması, qış dövründə dağlarda qar ehtiyatlarının daha çox toplanması və onun intensiv əriməsi nəticəsində respublikamızın Kür və Araz çaylarında suyun səviyyəsinin normadan həddindən artıq olması daşması su anbarlarının mühafizə bəndlərinin dağılması zamanı mövcud ekoloji durumun vəziyyəti haqqında müzakirənin keçirilməsini planlaşdırır.
Respublikamızda aprel-may aylarında çayların daşması və mənsəbinin dəyişməsi, böyük ərazilərin su altında qalması nəticəsində münbit torpaqlar sıradan çıxmaqla yanaşı, həmin ərazilərin flora və faunası qismən məhv olmuş və geniş epidemiya mənbələrinin yaranmasına gətirib çıxarır. Həmçinin çayların daşması ilə əlaqədar ekoloji durumun kəskin pisləşməsi nəticəsində əhaliyə və dövlətə külli miqdarda ziyan dəymişdir.
Dəyirmi masada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Su Təsərrüfatı və Meliorasiya Açıq Tipli Səhmdar Cəmiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, ARDNŞ, Energetika Nazirliyi, BDU, ATU və sair iştirakı nəzərdə tutulur.
Respublikamız üçün günün ən aktual problemlərindən biri sayılan “Respublikamızda təbii fəlakətlə əlaqədar çaylarda suyun kəskin artımı və daşması nəticəsində mövcud ekoloji vəziyyət” mövzusunda keçirilən tədbirdə sizin rəhbərlik etdiyiniz qurumun mütəxəssislərinin iştirakını təmin etməyinizi xahiş edirik.
Newer Post
AVCİYA növbəti seminarı Şirvanda keçirdi