ABŞ səfirliyinin əməkdaşları AVCİYA-nın Şirvan nümayəndəliyində olublar

Elxan Süleymanov: “Biz böyük bir ədalətsizliyin, haqsızlığın şahidi olduq”
Mingəçevir Dövlət Universiteti AVCİYA-nın petisiya layihəsini dəstəkləyib
AVCİYA Parlament seçkilərinə hazırlığın I mərhələsini başa vurdu

Azərbaycanda Milli Məclisə 4-cü çağırışla bağlı keçiriləcək seçkilərdə müşahidəçilik missiyası həyata keçirəcək Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu istiqamətdə hazırlıq işlərini davam etdirir. AVCİYA Seçki Qərargahı bu məqsədlə regional nümayəndəliklərinin fəaliyyətini yenidən qurub. Bu dəfə Şirvan regional nümayəndəliyinin rəhbəri Hafiz Bağırovla ofisin fəaliyyəti və görülən işlərlə bağlı həmsöhbət olduq.
– Koordinatoru olduğunuz nümayəndəlikdə seçkilərin monitorinqinə hazırlıq işlərini necə həyata keçirirsiniz?
-AVCİYA Seçki Qərargahının Şirvan regional nümayəndəliyi artıq bir neçə ildir fəaliyyət göstərir. Regional nümayəndəliyimizə Şirvan şəhəri ilə yanaşı qonşu rayonlardan Hacıqabul, Saatlı, Sabirabad da daxildir. Hər 3 rayonda koordinatorlarımız fəaliyyət göstərir. Şirvan rayonu üzrə 46 saylı Dairə Seçki Komissiyası fəaliyyət göstərir. Bu dairədə 30 məntəqə var. Bu il keçirilən parlament seçkilərində həmin məntəqələrin hamısında müşaihdəçilik missiyasını həyata keçirəcəyik. Müşahidəçiliklə bağlı artıq sənədlər toplanılıb və Dairə Seçki Komissiyasına siyahı təqdim edilib. Qeydiyyatdan keçdikdən sonra müşahidəçilər üçün müvafiq sənədlər alınacaq. Bu da imkan verəcək ki, seçki günü müşahidəçilik missiyasını həyata keçirə bilək. Eyni proseslər qonşu rayonlar olan Saatlı, Sabirabad, Hacıqabul da davam etdirilir. Qeyd edim ki, Sabirabadda 83 məntəqədə, Saatlıda 24 məntəqədə, Hacıqabul rayonunda isə 48 məntəqədə seçkiləri müşahidə edəcəyik.
– İndi nəzərdə tutulan proseslərin hansı mərhələdəsindəsiniz?
– Hələlik işlərimiz davam edir. Əsasən məntəqələrdə görüşlər keçiririk. Artıq Şirvan rayonunun 30 məntəqəsinə baş çəkmişik və görülən hazırlıq işləri ilə yaxından tanış olmuşuq. Bütövlükdə, bizim regional nümayəndəliyin əhatə etdiyi yerlərdə seçkilərlə bağlı fəallıq müşahidə edilir. Seçicilər keçiriləcək parlament seçkilərinə özləri maraq göstərməyə başlayıblar
– Müşahidəçilərin toplanması ilə bağlı hər hansı problem yaranmayıb?
– Regional nümayəndəliyin müşahidəçilərin toplanması ilə bağlı heç bir çətinliyi olmayıb. Əvvəlki seçkilərdə təşkilatımızla əməkdaşlıq edən insanlar indi keçirilən parlament seçkilərində müşahidəçi olmaq üçün yenidən cəlb ediliblər. Bundan əlavə gəncləri də bu işə cəlb etmişik. Eyni zamanda ötən seçkilərlə müqayisədə bu dəfəki seçkilərdə qadın müşahidəçilərin sayı daha çoxdur. AVCİYA Seçki Qərargahı tərəfindən regional nümayəndəliyin işi yenidən qurulub və mərhələli aparılan parlament seçkilərinə hazırlıq işləri, demək olar ki, başa çatıb. Yaxın günlərdə toplanan müşahidəçilər terninqlərə cəlb ediləcək və bu missiyaının aparılması ilə bağlı mövcud qanunvericilkdə və eyni zamanda beynəlxalq təcrübədə nəzərdə tutulan məsələlər onların diqqətinə çatdırılacaq.
– Ötən seçkilərdə olduğu kimi budəfəki parlament seçkiləri ərəfəsində də bölgədə beynəlxalq təşkilatların, xarici dövlətlərin nümayəndələrinin fəallığı hiss olunurmu?
– Bu yaxınlarda ABŞ-ın ölkəmizdəki səfirliliyinin ikinci katibi və siyasi işlər üzrə müşaviri AVCİYA-nın regional nümayəndəliyində olublar. Görüş zamanı onlar seçkilərin gedişiatı ilə maraqlanıblar. Seçki öncəsi proseslər bağlı onlara məlumat vermişik. Görüşün sonunda onlar ofisin və bütövlükdə AVCİYA-nın fəaliyyəti ilə bağlı müsbət fikirlər səsləndiriblər. Bundan başqa ATƏT-in nümayəndələri ilə görüşlərimiz də nəzərdə tutulub. Onlar indiyədək Saatlı, Sabirabad rayonlarında olublar. Hələlik Şirvan şəhərində belə bir görüş keçirilməyib, amma nəzərdə tutulub. Qeyd edim ki, əvvəlki seçkilərdə xarici ölkələrin müşahidəçiləri, ATƏT-in nümayəndələri AVCİYA Seçki Qərargahının Şirvan Nümayəndəliyində görüşlər keçiriblər, bizim fəaliyyətimizlə yaxından maraqlanıblar.