Qarabağ üçün son 9 min imza – Sən də qoşul

AŞPA Sərsəng su anbarı ilə əlaqədar məruzəçi təyin edib
Ağ Evin saytına yerləşdirilən petisiya ilə bağlı İqtisad Universitetində görüş keçirilib
AVCİYA Azərbaycanda deputatların sayının artırılması təklifi ilə çıxış edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən aprelin 6-da Ağ Ev Administrasiyasının internet resursunda yerləşdirilən “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya artıq 91 mindən artıq imza toplayıb.

Axar.az xəbər verir ki, petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Bu petisiyaya isə cəmi 6 gün müddətində artıq 91 mindən çox imza toplaya bilib.

Petisiyaya dəstək kampaniyasına Türkiyənin “Fənərbaxça” klubu, “Barselona”nın məşhur futbolçusu Arda Turan və tanınmış aparıcı Acun İlıcalı, məşhur ifaçı Mustafa Sandal, Demet Akalın da qoşulub. Həmçinin siyasi xadimlərdən – Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış, Prezidentin məsləhətçisi Hidayət Türkoğlu, AKP millət vəkilləri, QHT nümayəndələri dəstək veriblər.

Qeyd edək ki, petisiyada AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Obama Administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir.

Yaşı 13-dən yuxarı olan şəxslər aşağıdakı link vasitəsilə petisiyaya səs verə bilərlər:

https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe