Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb

Leonardo Di Kaprio Cozef Baydenə açıq məktub yazdı
Şəki-Zaqatala bölgəsi üzrə dairələrdə qeydiyyatda olan seçicilərin 584 nəfəri ilk dəfə səs verəcək
AŞ PA prezidenti Azərbaycana gələcək

Ağdərənin Çaylı kəndində “Frutti Aqro” MMC tərəfindən salınmış intensiv meyvə bağına baxış keçirilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Qərargahın üzvləri əvvəlcə Ağdərə rayonunun Çaylı kəndində “Frutti Aqro” MMC tərəfindən salınmış intensiv meyvə bağına baxış keçiriblər. Onlara burada görülən işlər və planlaşdırılan tədbirlər barədə məlumat verilib.

Qeyd edək ki, bu gün, həmçinin Əlaqələndirmə Qərargahının növbəti iclasının keçirilməsi və bir sıra müəssisələrə səfərlərin təşkili nəzərdə tutulub.

AZƏRTAC