Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən II hissə

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
Novruzu bayram edən ölkələrin diplomatları Yel çərşənbəsini birgə qeyd etdilər
Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib

“Borçalıda yaşayan azərbaycanlıların erməni quldurlarına qarşı mübarizəsi” silsiləsindən: Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən– II hissə

Asif Hacılı,

filologiya elmləri doktoru,

professor, AVCİYA-nın eksperti

1921-ci ilin mayında RK(b)P MK Qafqaz bürosu Zaqafqaziyada sərhəd məsələləri ilə bağlı komissiya yaradır, lakin ermənilərin istəkləri həyata keçir, Göyçə, Zəngəzur kimi, Dağ Borçalısı, Loru nahiyəsi iyulun 7-də bütövlükdə Ermənistana verilir, əhalisinin 93 % (36.615) azərbaycanlı olan Aran Borçalı, 88,8 % (7.419) azərbaycanlı ilə Qarayazı, 100 % (6.728) azərbaycanlı ilə Sığnaq qəzasının cənub-şərqi, yarıdan çoxu türk olan Ahıska qəzası, hələ də xeyli türk yaşayan Axılkələk, eləcə də Acarıstan Gürcüstana verilir. Müsəlmanların böyük kütləsini torpaqları ilə sərhədlərinə almış Gürcüstan rəhbərliyi 1921-ci il avqustun 1-də müsəlman əhalisi üçün Şura təsis edir (sədri Ö.F.Nemanzadə, katibi H.Minasazov), lakin bu şuranın real fəaliyyəti olmur.

21 oktyabr 1921-ci il Qars müqaviləsi bu yeni sərhədləri təsdiqləyir. Beləliklə, Ahıska mahalı Türkiyə və Gürcüstana arasında, Borçalı isə Ermənistan və Gürcüstan arasında bölünür. Zəngəzur, Göyçə, İrəvan və digər qərbi Azərbaycan torpaqları ermənilərə verilir.

Lakin sovet dövründə də ermənilərin bu əraziləri qoparmaq cəhdləri davam edir. Çar dövründə olduğu kimi, 1922-ci ildə ermənilər Axılkələk və Borçalı qəzalarını birləşdirərək yeni erməni inzibati vahidi yaratmaq planı irəli sürürlər. Və Moskva yenə də ermənilərin bu həyasız təklifinə diqqətlə yanaşır, SSRİ Daxili İşlər Komissarlığı məsələni ətraflı öyrənir, lakin heç bir iqtisadi-coğrafi, tarixi əsas tapmır, ən əsası – yerli xalqın etirazı ilə üzləşir və komissarlıq 1923-cü il fevralın 26-da 291/1367 saylı təliqə ilə bu planın qəbuledilməzliyi barədə KP MK-ya qərar təqdim edir (N.Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. B., 1990, s.47; Ş.Şamıoğlu. Borçalıda etnik proseslər və millətlərarası münasibətlər (XIX-XX əsrlər). B., 1997, s. 118).

 Bundan sonra ermənilər köçkünlər hesabına Axılkələk, Ahıska, Ağbulaq, Zalqa, Borçalı bölgələrini tədricən erməniləşdirmək, Gürcüstanda azərbaycanlı, türk, müsəlmanlara qarşı kütləvi siyasi repressiyalara rəvac vermək taktikasını davam etdirirlər.

Kommunist rejiminin ümumi antitürk siyasətinə uyğun olaraq və eyni zamanda Sovet rəhbərliyində olan ermənilərin təhriki ilə 24 iyul 1944-cü ildə SSRİ Daxili İşlər Naziri L.Beriya İ.Stalinə, guya Türkiyə ilə sərhədlərdə təhlükəsizliyi təmin etmək məqsədilə Cənubi Gürcüstandan «türk, kürd və həmşinlərin» köçürülməsi üçün rəsmi müraciət edir. Təhlükəsizlik məsələsi uydurma və əsassız bəhanə idi. Türklərin böyük əksəriyyəti müharibədə sovet ordusunun tərkibində faşizmə qarşı qəhrəmancasına döyüşürdü. Həmin dövrdə Borçalıdan da xeyli soydaşımız sürgün edilir.

  Ermənilər Ahıska türklərini köçürülməsində fəal iştirak edir. 1937-ci ildə Ömər Faiqin qətlinə fərman vermiş erməni Kobulov 1944-cü ilin oktyabrında Beriyaya belə bir müraciət göndərir ki, Özbəkistan nəzərdə tutulan 30.000 əvəzinə 50.000 türkü nəfər qəbul etməyə hazırdır.

Həmin ilin noyabrında Ahıska türkləri doğma yurdlarından çıxarılaraq Orta Asiyaya sürgün edilir. Dünya tarixində misli olmayan bu milli soyqırımı təkcə Ahıskalıların deyil, başqa türklərin də başına gətirilir – 1943-cü ilin dekabrında qaraçaylılar, 1944-cü ilin aprelində balkarlar, iyulunda Krım tatarları sürülür. Bu soyqırımı 1949-1951-ci illərdə və bir qədər başqa formalarda indilərə kimi davam etdirildi. Ermənilərin də fəal iştirak etdiyi ikinci faciə türklərə qarşı 1989-cu ildə Fərqanədə baş verir.

Sovet imperiyasının xüsusi xidmət orqanlarının törətdiyi bu qırğınlar əslində bir-neçə məqsəd daşıyırdı – birincisi, Ahıska türklərinin qanuni formalarda aparılan milli hərəkatını sarsıtmaq; ikincisi, Özbəkistanda milli şüurun, türklük şüurunun inkişafını ləngitmək və bəhanə əldə edərək respublikanı tam nəzarətə götürmək; üçüncüsü, Gürcüstandakı milli hərəkatı əsas məqsəddən – azadlıq ideyasından uzaqlaşdırmaq, bunun üçün Özbəkistandan türklərin idarəolunmaz kütləvi axınını Gürcüstana yönəltmək, türklər və gürcülər arasında qanlı toqquşmalar salmaq və Gürcüstanı diz çökdürərək tam nəzarətə götürmək.

Hadisələrin mərkəzdən təşkil olunduğunu real faktlar da təsdiq edir. Bir çox şahidlərin sübutları Fərqanə hadisələrində də türk düşməni ermənilərin rolunu aşkarlayır. Bu hadisələr ərəfəsində Özbəkistanda 37-ci il üslubunda istintaq aparan Qdlyan-İvanov cütlüyü hər vasitə ilə özbəkləri və türkləri qarşı-qarşıya qoymuş, köhnə NKVD üsulları ilə bu iki qardaş xalq arasında düşmənçilik salmış, şantajlarla bir çox cinayətkarı təlimatlandırmış, təxribatların və qırğınların əsas təşkilatçıları olmuşlar. Həmin ərəfədə təxribata bəhanə tapmaq üçün Ahıska türklərinə ruslara qarşı qalxmaq və onları vilayətdən çıxarmaq kimi təxribatçı təklif də edilmiş, lakin türklər KQB-nin qurduğu məkrli oyuna getməmişlər.       

Şahidlərin dediyinə görə, əksər yerdə, deyək ki, Taşlak rayonunda ixtişaşları və türklərə təcavüzü təşkil edənlər arasında yerli əhalidən heç kim olmayıb («Ферганская правда», 19.06.1989). Fərqanə vilayət DTK İdarəsinin rəisi N.Peskov da təsdiq edib ki, qırğınlardan əvvəl RSFSR-dən xüsusilə təhlükəli cinayətkarların gəlməsi qeyd olunub və qırğınlar planlı xarakter daşıyıb («Моя Родина – Грузия». Тбилиси, ноябрь 2001, № 4, с.13).

İmperiya mərkəzinin bu işdə birbaşa iştirakını həmin dövrdə hadisələrə Moskvanın münasibəti də sübut edir. Fərqanə faciəsinin baş verdiyi 17 gün ərzində (23 may – 8 iyun 1989) sovet hökuməti türkləri xilas etmək üçün dövlət səviyyəsində heç bir ciddi tədbir görmədi, nə fövqəladə vəziyyət, nə xüsusi rejim tətbiq olundu. Həmin günlərdə SSRİ xalq deputatları qurultayı sakit tərzdə öz iclaslarını keçirir, «demokra­ti­ya», «perestroyka» oyunu oynanırdı. Özbəkistanın rəhbəri olmuş ermə­ni­pərəst Rafik Nişanov qurultay tribunasından Fərqanədə heç nə olmadığı, istehza ilə «bazarda bir vedrə çiyələk üstə dava düşdüyünü» deyirdi. 

Hüquq müdafiəçisi Svetlana Çervonnayanın Avropa Milli Azlıqlar Federal İttifaqının nümayəndə heyətində Gürcüstan və Rusiyaya səfərindən sonra hazırladığı hesabatda yazdığı kimi, «demokratlar» da susurdu və müəllifin dediyi kimi, «demokratlar seçimlə yalnız onları müdafiə edirlər ki, kim bilavasitə və ya bilvasitə bu müdafiənin xərcini ödəyir, necə ki, güclü erməni ticarət-maliyyə lobbisi Dağlıq Qarabağ və Sumqayıt ətrafında şişirdilən təbliğat kampaniyasını ödəyir» (Светлана Червонная. Проблема репатриации турок-месхетинцев. К отчету делегации ФСНЕ о поездке в Грузию и Россию 8-13 ноября 1998 г., раздел «Позиция армянской диаспоры и официального Еревана»).

Ümumiyyətlə, Gürcüstan türklərinin taleyində bütün dövrlərdə erməni fitnələri xüsusilə faciəli rol oynayıb. Yüz illərlə xilaskarları və himayədarları olmuş türklərə qarşı avropalıları heyrətləndirən erməni nankorluğu bu xalqın tarixi xislətidir və XIX-XX əsrlərdə həm də yeni himayədarları olan ruslara və onlara yer vermiş gürcülərə qarşı da yönəlmişdir. Bu dövrlərdə erməniləri qanadı altına almış rusların bir çox vicdanlı ziyalıları da erməni riyakarlığı və nankorluğundan heyrətlənmişlər. Yalnız 1828-1830-cu illərdə Cənubi Qafqazda «qırx mindən artıq İran və səksən dörd mindən artıq Türkiyə erməniləri gətirilərək Gəncə və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirilmiş, bu ermənilər Gəncə quberniyasının dağlıq hissəsi və Göycə gölü sahillərində müsəlmanların şəxsi torpaqlarında məskunlaşdırılmışdır. Eləcə də,  yalan şəhadətlə torpaqsız gəlmə ermənilər nəhəng dövlət torpaqlarını tutmuşlar» yazan N.İ.Şavrovu, V.Veliçkonu, İ.Çavçavadzeni, hətta ilk dövrlərdən A.S.Puşkini, A.S.Qriboyedovu (A.Qriboyedovun ölümünə erməni şərəfsizliyinin səbəb olmasını S.N.Beqiçev, İ.O.Simonin, N.N.Muravyov kimi rus şahidlər özləri təsdiqləyir; Две версии одной трагедии // За стеной Кавказа. М, 1989, с.468-479) təəccübləndirən erməni saxtakarlığı daim türk mədəniyyətinə, abidələrimizə, məzarlarımıza, musiqimizə, folklorumuza da tətbiq olunub.

Türk torpaqlarına yerikləyən erməni xislətinə xas sərsəmlik bəzən o həddə çatır ki, hətta türk qəhrəmanı, böyük türk-islam xanədanının banisi, uzaq Türküstandan yürüşə başlamış fateh Əmir Teymur da erməni (?!) elan edilir  (M.Poqosov. Teymurləng (Cavanşir ermənilərinin söhbəti əsasında) // SMOMPK, 1889, 7-ci buraxılış, s.64-68).

Hətta müasir bəstəkarlarımızın klassik əsərlərinin ermənilər tərəfindən «özününküləşdirilməsi» də bu ənənənin davamıdır.

Ermənilər onlar üçün fövqəladə xidmətlər göstərmiş rusları, V.L.Veliçkonun yazdığı kimi, bir qədər sonra, ayaqları yenicə yer alan kimi, hələ XIX əsrin ortalarında Tərtərdə susuz qoymuşlar, vəhşiliklər törədib xəstəliyə yoluxdurmuş, məhv etmiş, qovmuşlar. Ermənilərə xidmət etmiş A.S.Qriboyedov, G.Mayevski, N.İ.Şavrov və bir çox başqaları onların riyakarlığından heyrətlənmişdir. Hazırda Ermənistan Respublikasından azərbaycanlılarla bərabər, ruslar, ukraynalılar, digər millətlərin nümayəndələri də çıxarılmışdır.

Lakin erməni intriqalarının və terrorunun əsas hədəfi türklər və ümumən müsəlmanlar, o cümlədən Ahıska türkləri olmuşdur. Hələ 1886-cı ildə Cenevrədə yaradılmış «Qnçak» erməni terror təşkilatının proqramında «türkləri və kürdləri hər bir şəraitdə öldürmək» vəzifə kimi qoyulmuş, bu təşkilat yalnız 1890-1892-ci illərdə 65.000 silahsız türk və kürdü qətlə yetirmişdir; 1890-cı ildə Tiflisdə yaradılmış «Daşnaksütyun»un əsas şüarı «istənilən kənar şəraitdən asılı olmayaraq türklərin güllələnməsi və məhv edilməsi» olmuşdur. Bu və digər erməni terror təşkilatlarının insanlığa və ağla sığmayan vəhşilikləri yüz minlərlə insanın qətlinə, şikəstliyinə, didərginliyinə, əzablara, dəhşətli faciələrə səbəb olmuşdur (bu haqda bax: Преступления армянских террористических и бандитских формирований против человечества (XIX-XXI вв.). Краткая хронологическая энциклопедия. Автор идеи и научный руководитель Ровшан Мустафаев. Б., 2002).

Cənubi Gürcüstanda erməni terrorçuları və quldur dəstələri bu torpaqlara gəldikləri günlərdən qanlı qırğınlar törətmiş, türkləri, gürcüləri, kürdləri, müsəlmanları, xristianları, yəhudiləri – dinc insanları, uşaqları, qadınları, qocaları, silahsız sadə əməkçiləri namərdcəsinə qətl etmişlər.

Vətənpərvər və istedadlı alim, ictimai xadim, dostumuz rəhmətlik Rövşən Mustafayevin rəhbərliyi ilə tarixi mənbələr əsasında hazırlanmış çox dəyərli ensiklopediyadan (Преступления армянских террористических и бандитских формирований против человечества (XIX-XXI вв.). Краткая хронологическая энциклопедия. Автор идеи и научный руководитель Ровшан Мустафаев. Баку, 2002) cənubi Gürcüstanda keçən əsrin əvvəllərində ermənilərin türklərə və gürcülərə qarşı törətdikləri soyqırımından bəzi faktları təqdm edək: 

1890-cı il. Tiflis. Gürcüstan. … Xristofor Mikaelyan, Simon Zavareyan və Stefan Zoryan tərəfindən öz sələfləri “Armenakan”, “Qnçak”ın terrorçu, faşist ənənələrini davam etdirən “Daşnaksütyun” – “Erməni İnqilabi İttifaqı” təşkilatı təsis edilib (s.8); 31 avqust 1903. Tiflis. Gürcüstan. Rusiya mənbələrinə görə, erməni kilsəsində liturgiyadan sonra qriroriyan kahinlər xalqı vətəndaş itaətsizliyinə çağırmışlar. Keşiş Ter-Araratov xüsusilə “seçilmişdr”, onunçıxışından sonra erməni terroriistləri vətəndaşlara 40 atəş açmışlar. Ter-Araratovla birgə 4 nəfər həbs eilib (s.11); 21 noyabr 1905. Tiflis, Gürcüstan. Beynəlxalq erməni terror təşkilatı “Daşnaksütyun”un saqqallıları tərəfindən Gürcüstan tarixində Tiflis əhalisinin ən qanlı və əzazil qırğını törədilmişdir. Çahidlərin dediyinə görə, erməni bandaları gəlmə ermənilər üçün yer təmzləyirmi. Bütöv gürcü pravoslav kəndlərinin və Tiflis əhalisini  məhlələrinin əhalisini qırıblar. Nə uşaqlara, nə qadınlara, nə qocalara, nə əlllərə rəhm ediblər. Yaralıları da vurub öldürüblər. Məlumata görə həmin gün Tiflisdə çoxlu sayda azərbaycanlı da öldürülüb. Ancaq azərbaycanlılar meyitləri öz dini ənənələrinə görə morqa vermədiklərindən say dəqiqləşməyib. Beynəlxalq aləmdən həqiqəti gizlətmək üçün həyasız erməni  mətbuatı bu hadsəni “ermənilərin Tiflis faciəsi” kimi təqdim edi (s.16); 21 avqust 1916. Erməni saxtakarları Ü.Hacıbəyovun “Arşın mal alan” operettasını erməniləşdirməyə cəhd ilk dəfə cəhd ediblər; May 1918. Ahıska. Gürcüstan. Erməni bandaları terrorçu “Daşnaksütyun” təşkilatının proqramına uyğun olaraq, “əzəli erməni” şəhəri hüsab etdikləri Ahıskanı tutaraq, dinc əhalini, əsasən gürcüləri vəhşicəsinə qətl etmişlər (s.33); 5 yanvar 1918. Axılkələk. Erməni bandaları Açaraça, Danqal, Mulanis, Murçaxet, Radızka, Gavur, Gümriz kəndlərinə hücum etmişlər. Həmin kəndlərin sakinləri vəhşicəsnə öldürülmüşdür (s.60); 21 may 1918. Axılkələk. Rus hərbi həkimi Xoroşenkonun məlumatına görə, Axılkələkdə və ətraf kəndlərdə erməni terror təşkilatı «Daşnaksütyun»un peşəkar qatilləri bir-neçə yüz azərbaycanlını qətlə yetirmişlər (s.88); may 1918. Ahıska. Gürcüstan. Erməni bandaları tərəfindən erməni terror təşkilatı «Daşnaksütyun»un proqramına görə «əzəli erməni» torpağı sayılan Ahıska tutulmuşdur. Vəhşicəsinə öldürülən dinc əhali əsasən gürcülərdir. Və bir qayda olaraq, erməni qətlinin qurbanları – qadınlar, qocalar, uşaqlardır (s.89); 31 avqust 1918. Xəlil paşanın erməni terroruna son qoyacağı barədə bəyanatından qorxuya düşən qondarma erməni hökuməti rəsmi üzr istəyir, rəqəmləri xeyli azaltsa da, rəsmən etiraf edir ki, 1918-ci ildə erməni terror təşkilatları və quldur birləşmələri 400.000 azərbaycanlı, 120.000 gürcü, 22.000 ləzgi, 15.000 kürd qətlə yetirmişlər (s.93-94); 1919-cu ilin baharı. Paris. «Daşnaksütyun»un liderlərindən Ov.Kaçaznuni proqram xarakterli çıxış edərək, erməni respublikası və milli nümayəndə heyətinin sülh konfransına verdiyi Böyük Ermənistan haqqında sərsəm Memorandum barədə, bu Memoranduma görə erməni dövlətinə daxil olacaq Türkiyə, Azərbaycan, Gürcüstan əraziləri haqqında danışır, bu plana Ahıska-Axılkələk və Borçalı da daxil edilir (s.121-127); 1920. Tiflis. Quldur Dronun dəstələri Tiflisə hücum edərək şəhər ətrafında dinc kəndliləri qırır (s.144); 19 iyun 1920. Tiflis. Gürcüstan. Tiflisdə erməni terror təşkilatı “Daşnaksütyun”un üzvləri tərəfindən Fətəli xan Xoyski – Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Azərbaycan Demokratik Respublikasının qurucularından biri qətl edilmişdir (s.49); Fevral-mart 1921. Daşnak S.Vrasyanın başçılıq etdiyi quldur dəstələri dinc azərbaycanlıları kütləvi şəkildə qırır, 1926-cı ildə xaricə qaçan və ABŞ Dövlət departamentinin Yaxın Şərq üzrə gizli müşaviri olan Simon Vrasyan daşnak həmkarı, SSRİ-nin böyüklərindən olan A.Mikoyana erməni agenturası vasitəsilə Ahıska türklərinin, Krım tatarlarının, çeçen və inquşların, azərbaycanlıların sürülməsi barədə təlimatlar verir (s.147); aprel-iyun 1945. Moskva. «Daşnaksütyun» və erməni kilsəsi Türkiyə, Azərbaycan  torpaqlarını tutmaq üçün Stalinlə danışıqlar aparır; Ahıska türkləri sürüldükdən 3 il sonra, 23 dekabr 1947-ci ildə və 10 mart 1948-ci ildə SSRİ Nazrlər Sovetinin azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsi haqqında qərarları çıxır və həyata keçirilir (s.154-164).

ARDI VAR