Astara buraxılış məntəqəsində xarici vətəndaşların təxliyəsi üçün lazımi şərait yaradılıb

İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub
İstanbulda İƏT-in Qida Təhlükəsizliyi və Kənd Təsərrüfatının İnkişafı mövzusunda məsul nazirlərin 8-ci Konfransı keçirilir
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib

Astara dövlət sərhədindən buraxılış məntəqəsində İrandan xarici vətəndaşların təxliyəsi üçün lazımi şərait təmin olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təxliyə prosesi çərçivəsində sərhədi keçən əcnəbilər üçün çay və şirniyyat süfrəsi təşkil edilib. Eyni zamanda, ərazidə təcili tibbi yardım briqadası fəaliyyət göstərir və ehtiyac yaranacağı təqdirdə operativ tibbi müdaxilə üçün hazır vəziyyətdədir.

Təxliyə olunan şəxslərin təhlükəsiz və rahat şəkildə keçidi üçün bütün təşkilati məsələlər koordinasiyalı şəkildə icra olunur.

AZƏRTAC