Astara sərhədindən növbəti təxliyə: Fransa, Tacikistan və Çin vətəndaşları ölkəyə daxil olub

Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
Bu gündən etibarən “YAŞAT” marafonuna start verilir
Nazir müavini: Genişmiqyaslı mina çirklənməsi insan hüquqlarının tam həyata keçirilməsinə ciddi maneədir

Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən bu gün səhər saatlarından etibarən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırkı vaxtadək 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının sərhəd-keçid məntəqəsindən keçidi təmin olunub. Onlar müvafiq qeydiyyat və sənəd yoxlanışı prosedurlarından keçirilib, təhlükəsiz və nizamlı şəkildə ölkə ərazisinə daxil olublar.

Qeyd edək ki, gecə saatlarında da keçid prosesi fasiləsiz davam etdirilib və bu müddət ərzində 50 Çin vətəndaşının sərhəd-keçid məntəqəsindən keçidi təmin olunub.

Proses aidiyyəti qurumların nəzarəti altında, müvafiq qaydalara uyğun şəkildə həyata keçirilir və təxliyə tədbirləri mərhələli şəkildə davam etdirilir.

AZƏRTAC