ATƏT DTİHB-nın müşahidə missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı ikinci aralıq hesabatını açıqlayıb

“Məhəmməd Əmin Rəsulzadənin siyasi fikirləri” adlı elmi-praktik konfrans keçirilib
Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib
Prezidenti İlham Əliyev: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm “

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı ikinci aralıq hesabatını açıqlayıb. APA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, hesabat 16-28 sentyabr tarixləri arasında seçkiqabağı situasiyanın və seçki kampaniyasının müşahidəsi əsasında hazırlanıb. Sənəddə deyilir ki, seçki kampaniyası rəsmən sentyabrın 16-da başlayıb və ümumən sakit keçsə də, siyasi xadimlərin ailələrinə hədə-qorxu gəlinməsi haqda bəzi informasiyalar buna kölgə salıb: “Hazırda seçki kampaniyasında diqqət konkret siyasi platformaların üzərində deyil, şəxslərin üzərində cəmləşib. Kampaniyada konkret müzakirələr çatışmır”.

 Hesabatda seçkiyə texniki hazırlığın bütün səviyyələrdə davam etdiyi, 5273 daimi və 219 xüsusi seçki məntəqəsinin, eləcə də ölkə xaricində 38 seçki məntəqəsinin yaradıldığı, qeydiyyatdan keçmiş seçicilərinin sayının 5 016 365 nəfər olduğu bildirilir: “Qanunvericilikdəki məhdudlaşdırıcı müddəalar və buna əsasən MSK-nın hər hansı namizədin lehinə və ya əleyhinə istənilən təşviqat materialının dərc olunması və yayınlanmasını qadağan etməsi, belə görünür ki, KİV-də seçki kampaniyasının redaksiyalar tərəfindən işıqlandırılmasını məhdudlaşdırır”.

Sənəddə o da qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinə seçkilərlə bağlı 9 müraciət daxil olub. Namizədlərin qeydiyyatı ilə bağlı şikayətlər hələlik Ali Məhkəmənin baxışındadır. Qeydiyyatından imtina olunmuş namizədlərin müraciətləri hətta təmin olunsa belə, onlar seçki kampaniyası üçün çox az vaxt əldə etmiş olacaqlar.  /APA/