Auditorlar Palatası və Türkiyənin müvafiq qurumu Anlaşma Memorandumu imzalayıb

Avroparlament Ukraynaya 90 milyard avro məbləğində krediti təsdiqləyib
Məcnun Məmmədov: “Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır”
Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının tədbirində təmsil olunub

Auditorlar Palatası və Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı (KGK) audit və mühasibatlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

“Report” Palataya istinadən xəbər verir ki, sənəd iki qurumun institusional tərəfdaşlıq mexanizmlərinin yaradılmasını, auditin tənzimlənməsini və keyfiyyətinin yüksəldilməsini, maliyyə hesabatlarında şəffaflıq və etibarlılığın artırılmasını, auditorların birgə sertifikasiyasını, eləcə də cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə (ƏL/TM) qarşı mübarizə sahəsində əməkdaşlığı nəzərdə tutur.

Memoranduma əsasən, tərəflər məlumat və təcrübə mübadiləsini genişləndirəcək, audit və mühasibatlıq standartlarının tətbiqi, keyfiyyətə kənar nəzarət mexanizmləri, kadr potensialının inkişafı və birgə təlim proqramları üzrə əməkdaşlıq edəcəklər.

Görüşdə həmçinin Türkdilli Dövlətlərin Audit və Mühasibatlıq Qurumlarının Vahid Birliyinin yaradılması təşəbbüsü müzakirə olunub. Bildirilib ki, belə platforma ortaq standartların yaxınlaşdırılması, auditorların qarşılıqlı tanınması, sertifikatlaşdırma sistemlərinin uyğunlaşdırılması və beynəlxalq təşkilatlarda birgə təmsilçilik baxımından mühüm rol oynaya bilər.

Report