AVCİYA daha altı rayonda referendumla bağlı treninqlər keçirib

«Erməni vandalizmi – Azərbaycanda mart soyqırımı»
“2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Azərbaycanda 77 təşkilat bəyanat yaydı

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələrlə bağlı Referendumun 3000 müşahidəçi ilə monitorinqini təşkil edəcək. Müşahidəçilərin Referendum günü prosesin monitorinqini yüksək səviyyədə təşkil etmələri üçün AVCİYA Seçki Qərargahı daha 6 rayonda – Gəncə, Göygöl, Daşkəsən, Bərdə, Tərtər və Goranboyda müşahidəçilər üçün treninqlər keçirib.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının rəhbərliyi ilə   keçirilən treninqlərdə referendumqabağı ictimai-siyasi mühit təhlil edilib, Azərbaycanda keçirilmiş referendumlar barədə geniş məlumat verilib, müşahidəçilərin hüquq və vəzifələri izah olunub. Tədbirlərin sonunda iştirakçıların sualları cavablandırılıb.
Tədbirlərdə müşahidəçilərlə yanaşı, AVCİYA Seçki Qərargahının əməkdaşı Cavid Camalov, AVCİYA-nın Gəncə regional nümayəndəliyinin rəhbəri Muxtar Əsədov,  Bərdə regional nümayəndəliyinin rəhbəri  Xaliq  Məmmədov və digər rayonlarla bağlı koordinatorlar iştirak edib.
Xatırladırıq ki, daha öncə treninqlər  Şirvan, Hacıqabul, Sabirabad,  Zaqatala, Balakən və Qax rayonlarında keçirilmişdi.