AVCİYA-nın vitse-prezidentinin kitabı 7 dilə tərcümə edilərək yayımlanıb

Maliyyə nöqsanları aşkarlanan bəzi qurumlarda vəsaitin bərpası mümkün deyil
İlham Əliyev Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb
Cəbrayıl sakini: Həmişə deyirdim ki, torpağımız azad olunsa, ora ayaqyalın gedəcəm

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlının “XIII-XIV əsrlər tarixinə yeni baxış” kitabı beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olub. Universitetin elmi şurasının müvafiq qərarı ilə nəşr olunmuş kitab rus, ingilis, alman, fransız, italyan, ispan, portuqal dilinə tərcümə edilərək çap olunub.

Kitabın tərcümə və yayımını 2021-ci ildə “LAP LAMBERT Academic Publishing” beynəlxalq nəşriyyatı həyata keçirib. Kitab “Tatar-monqolların Azərbaycan tarixindəki rolu” adı ilə 7 dillə tərcümə olunub.

AZƏRTAC