AVCİYA Parlament seçkiləri ilə bağlı fəaliyyət proqramı hazırlayıb

ATƏT – in müşahidə missiyası AVCİYA-nın Xaçmaz ofisində olublar
AVCİYA Seçki Qərargahının rəhbəri AŞPA müşahidəçiləri ilə görüşüb
AVCİYA ölkəmizdə keçirilmiş təkrar parlament seçkiləri ilə bağlı növbəti layihəsini keçirdi

Seçkilərlə bağlı fəaliyyət proqramı ATƏT-in təlimatları əsasında aparılacaq. AVCİYA-nın əsas məqsədi ölkədə vətəndaş cəmiyyətinə yardım etməkdir. “Seçkilərin monitorinqi göstərir ki, Azərbaycanda seçkidən-seçkiyə inkişaf olur” – bunu çərşənbə günü Trend BİA-nın mətbuat zalında keçirdiyi brifinqdə AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov deyib.
Azərbaycanda noyabrın əvvəlində Parlament seçkisi keçiriləcək. AVCİYA ötən Parlament seçkisində də müşahidəçiliyi həyata keçirib.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə deyib ki, qurum mart ayından seçkilərə hazırlığa başlayıb.
“İyunun 1-dən başlayaraq assosiasiyanın yerlərdəki ofislərinin işini seçkilərə uyğunlaşdıracağıq. Yerlərdə seçki fəallığının inkişafı üçün regional seminarlar keçirəcəyik. Sonra müşahidəçilər üçün treninqlər keçirməyi nəzərdə tutmuşuq. Müşahidə seçkiərəfəsi, seçki günü və seçkidən sonra həyata keçiriləcək. Mərkəzi Seçki Komissiyasının fəaliyyətinin monitorinqini aparacağıq; qanun pozuntuları aralıq hesabatda əksini tapacaq və həmin hesabat noyabrın əvvəlində açıqlanacaq”, – Zülfüqarlı deyib.
Onun sözlərinə görə, “Keçən seçkilərdən MSK ilə müsbət əməkdaşlıq sayəsində, yerində hansısa problemin həllinə nail oluruq”.
“Azərbaycanda seçki komissiyalarının mövcud təşkili, majoritar sistem üzrə seçkilər ölkədə stabil hökumətin fəaliyyətinə səbəb olur. Komissiyaların partiyaların inhisarından çıxarılmasını vacib hesab edirik”, – Zülfüqarlı əlavə edib.
AVCİYA rəsmisi bildirib ki, Parlament seçkisi ilə bağlı yaddaş kitabçaları hazırlanıb və əsasən, müşahidəçilərə paylanacaq.