AVCİYA Saatlıda 2009 – cu ildə seçkilərlə bağlı ilk seminarını keçirdi

AVCİYA seçki maarifçiliyinin 3-cü mərhələsinə start verdi
Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması: Cəbrayıl rayonu
AVCİYA növbəti seminarı Şirvanda keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) «Prezident və bələdiyyə seçkilərində seçici fəallığının artırılması, seçkilərin ədalətli və şəffaf keçirilməsinə kömək məqsədilə maarifçilik işinin təşkili» mövzusunda seminar keçirib. Layihə çərçivəsində sayça doqquzuncu olan bu tədbirdə bələdiyyə üzvləri, QHT nümayəndələri, 62 saylı Saatlı seçki dairəsinin üzvləri, yerli KİV nümayəndələri və digər şəxslər iştirak edib.

Seminar iştirakçıları qarşısında çıxış edən AVCİYA Seçki Qərargahınım rəhbəri, tarix elmləri namizədi Məhərəm Zülfüqarlı seçici fəallığının artırılması yolları, seçkilərin zlfkznkb dz izaafa keçirilməsində vffhbaxbkbr bibyby əhəmiyyəti, Seçki Məcəlləsinə edilmiş dəyişiklər və bununla əlaqədar Venetsiya Komissiyasının yeni tövsiyyələri və digər məsələlər barədə geniş məlumat verib.

Seminarda həmçinin Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişiklərlə bağlı 18 mart 2009 – cu il tarixdə keçiriləcək referenduma və 2009 – cu ilin payızında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Seminarın sonunda Saatlı rayonundan olan, orta təhsilli kənd bələdiyyə sədrləri bələdiyyə üzvlərinin mütləq ali təhsilli olması ilə bağlı irəli sürülən təkliflərə etiraz etmiş, bu cür dəyişikliklərin edilməsini insan haqlarının pozulması kim dəyərləndirmişlər.

Layihə çərçivəsində nəzərdə tutulan son tədbirin 14 yanvar 2009 – cü il tarixdə Lənkəran şəhərində keçirilməsi planlaşdırılır. Bununla bağlı Lənkəran şəhər İcra hakimiyyətinə rəsmi müraciət də unvanlanıb.

AVCİYA –nın Mətbuat xidməti 

12.01.2009