Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin təşviqat mərhələsi başa çatdı

2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2010-cu il tarixli 473 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub
Azərbaycanın regionları ilə tanışlığa başlamaq üçün 6 muzey

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin təşviqat mərhələsi bu gün saat 08:00-də başa çatdı. Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib./Trend/