İsveçrənin İrandakı səfiri və səfirliyin üzvləri təxliyə olunublar

Prezident İlham Əliyev Münxendə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb
Milli kimliyimizin formalaşmasında dini dəyərlərin roluna dair müzakirələr aparılıb
Prezident İlham Əliyev Əbu-Dabidə Ermənistanın Baş naziri ilə görüşüb

İsveçrənin İranda yerləşən səfirliyinin əməkdaşları təxliyə olunublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfir Olivier Bangerter və səfirlik əməkdaşları (6 nəfər) sərhədi keçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

AZƏRTAC