Azərbaycan müxalifətinin geniş koalisiyasının yaranması təklifi birmənalı qarşılanmır

ABŞ RF-nin Azərbaycandakı RLS-dən birgə istifadə etmək təklifi ilə razılaşmayacaq
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin qəbul etdiyi qətnamə kontekstində qeyd edilən proseslərin qısa təhlilini təqdim etmişdir və biz həmin təhlili oxucuların diqqətinə çatdırırıq.
Azərbaycan müxalifəti bundan sonra nə etməlidir? – SORĞU

Azərbaycan müxalifətinin yeni koalisiyasının yaranması təklifi birmənalı qarşılanmır.
«Müxalifətin birliyinə yönələn hər bir təşəbbüs alqışlanmalıdır», – çərşənbə axşamı Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli TrendNews – a bildirib.

Məmmədlinin fikrincə, elə bir Mərkəz formalaşmalıdır ki, müxalifətin, sağlı-sollu, bütün siyasi spektrini əhatə etsin.

«Bu, demokratiyanın inkişafı ilə bağlı əməkdaşlıq mərkəzi də ola bilər. Amma seçki blokundan söhbət gedə bilməz. Çünki müxalifətin böyük spektrini təşkil edən siyasi təşkilatlar arasında ciddi ideoloji fikir ayrılıqları var», – Ali Məclisin sədri bildirib.

KXCP funksionerinin sözlərinə görə, yalnız seçkilərlə bağlı hədəfləri tam bəlli olan siyasi qurumların bir araya gəlməsi mümkündür: 

«Vahid ideloji platforması olan partiyaların komandası indidən formalaşmalıdır. Amma fərqli ideoloji platformaları olan bütün müxalifətin təmsil olunacağı məşvərət xarakterli əməkdaşlıq mərkəzi yaradıla bilər», – Məmmədli vurğulayıb.

«Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan siyasi təşkilatlar arasında müxalifətin daha geniş spektrinin əməkdaşlıq formatının yaranması ilə bağlı müəyyən fikir mübadiləsi olub», – çərşənbə axşamı Mərkəzə daxil olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev TrendNews – a bildirib.

Əliyevin sözlərinə görə, Müsavatın Divanında müzakirə olunan məsələnin detalları ilə bağlı məlumatı yoxdur. «Müxalifətin daha geniş koalisiyasına gəldikdə, müttəfiqliyin müxtəlif formaları var. Bu, işbirliyi, əməkdaşlıq, fəaliyyətin koordinasiyası formasında mümkün ola bilər» – VİP sədri deyib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov TrendNews – a bildirib ki, Müxalifətin Əməkdaşlıq Mərkəzi yaradılarkən, partiya həmin mərkəzdə təmsil olunmağı məqsədəuyğun hesab etməyib.

«Partiya Mərkəzdə təmsil olunan siyasi qüvvələrin şərtlərini və prinsiplərini məqbul hesab etməyib. Mərkəzdəki siyasi qüvvələrin və partiyanın mövqeləri arasında kəskin fərqlər var», – Orucov bildirib.

«Azərbaycan Milli İstiqlal Partiyasının seçki ilə bağlı mövqeyi bəllidir. Seçkinin nəticələrini tanımaqla bağlı qəbul etdiyimiz bəyanatla ölkədəki sabitliyin demokratik əsaslar üzərində qurulması istiqamətində növbəti addımımızı atdıq. Mərkəzdə təmsil olunan siyasi qüvvələr isə, seçkini legitim hesab etmirlər»,- deyə Orucov qeyd edib.

AMİP təmsilçisinin fikrincə, Azərbaycanda iqtidar -müxalifət münasibətlərinə yanaşmaya düzəlişlər lazımdır. «Artıq eyforiya dövrü keçib və ölkənin, xalqın maraqları üstün tutulmalıdır», – deyə Orucov bildirib.

Orucov bildirib ki, Mərkəz yenə əvvəlki şərtləri irəli sürəcəksə və öz prinsiplərini diktə edəcəksə, partiya həmin Mərkəzdə təmsil olunmaqdan əvvəlki kimi imtina edəcək. «Ümumilikdə isə, müəyyən əməkdlaşlıq etmək mümkündür. Amma bunun birlik və ya ittifaq çərçivəsində olmasını istəmirik. Partiyanın Siyasi Şurasının hər hansı bloklaşmada iştirak etməməsi ilə bağlı qərarı olduğuna görə, mərkəz kimi birlik və ittifaqlarda təmsil olunmaq niyytəimiz yoxdur», – deyə Orucov əlavə edib.

Azərbaycan parlamentində müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü, sabiq Baş nazir Pənah Hüseyn hesab edir ki, mövqeləri üst – üstə düşən müxalifət partiya və təşkilatlarının vahid təşkilatda birləşməsi vacibdir.

«Mövqeləri üst – üstə düşən müxalifət partiyaları arasında əməkdaşlıq daha sıx və intensiv formada olmalıdır və bunun təşkilati forması tapılmalıdır. Bu təşkilat ciddi sturukturlara malik olmalıdır», – Hüseyn əlavə edib.

Deputat qeyd ebib ki, müxalifət iki məsələ ilə bağlı da mövqeyini və taktikasını müəyyən etməlidir.

«Birincisi, müxalifət indiki şərait dəyişmədiyi halda seçkilərdə, o cümlədən bələdiyyə və parlament seçkilərində iştirak edib – etməyəcəyini müəyyənləşdirməlidir. İkincisi, müxalifət seçkilərlə real hakimiyyətə münasibətini fərqləndirməlidir. Çünki real hakimiyyəti qəbul edib – etməmək və seçkilər fərqli məsələlərdir», – deyə Hüseyn əlavə edib.

O bildirib ki, yaxın vaxtlarda müxalifətin bu məsələlərdə mövqeyinin müəyyənləşdirilməsi və vahid təşkilatda birləşməsi istiqamətində fəaliyyət göstərəcək, bununla bağlı təkliflər hazırlayır. /Trend/